Sertifikasiyada yüksək bal toplayan müəllimlər dərs saatlarının artırılmasını tələb edirlər

Sertifikasiyada yüksək bal toplayan müəllimlər dərs saatlarının artırılmasını tələb edirlər2025-ci ilin yay sessiyasında keçirilmiş müəllimlərin sertifikasiya imtahanı ilə bağlı sosial şəbəkələrdə və müəllimlər arasında aparılan müzakirələrdə ən çox səsləndirilən məsələlərdən biri yüksək bal toplayan müəllimlərin dərs saatlarının artırılması ilə bağlı irəli sürdükləri tələblərdir. Müəllimlərin bu istəyi, bir tərəfdən onların peşəkarlığının tanınması və əməyinin daha yüksək qiymətləndirilməsi baxımından başa düşüləndir, digər tərəfdən isə mövcud hüquqi və inzibati çərçivədə bu tələbin nə qədər əsaslı olduğu mübahisəlidir. Təhlil göstərir ki, bu məsələyə təkcə emosional deyil, həm də normativ və sistemli yanaşmaq lazımdır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırkı qanunvericiliyə əsasən, müəllimlərin əməkhaqlarına edilən əlavələr sertifikasiya nəticəsinə görə müəyyən olunur və bu əlavələr mövcud dərs saatına uyğun əməkhaqqının üzərinə əlavə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 488 nömrəli qərarı ilə təsdiqlənmiş "Müəllimlərin sertifikatlaşdırılması Qaydası"na əsasən, 30–50 bal toplayan müəllimlərə əməkhaqqına 10%, 51 və daha çox bal toplayanlara isə 35% əlavə olunur. Bu artım mövcud dərs yükü əsasında hesablanan əməkhaqqının üzərinə tətbiq olunur. Yəni, müəllim 12 saat dərs deyirsə, bu saat üçün aldığı ümumi məbləğə 35% əlavə olunur. Dərs saatının artırılması isə bu artımdan tamamilə fərqli və ayrıca idarə olunan prosedurdur:

"Müəllimlərin dərs saatı yükləri Təhsil Nazirliyinin təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü norması"na əsasən müəyyən olunur. Bu norma məktəbdəki şagird sayı, fənn üzrə ümumi saat həcmi və müəllimlərin sayı nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən bölüşdürülür. Mövcud qanunvericilikdə sertifikasiya nəticəsinə əsasən dərs saatının avtomatik artırılması ilə bağlı heç bir mexanizm nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əmək münasibətləri tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Bu müqavilədə dərs yükü və öhdəliklər dəqiq göstərilir və dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər.
Sertifikasiyada yüksək bal toplayan müəllimlər dərs saatlarının artırılmasını tələb edirlərSertifikasiya nəticəsinin müəllimin dərs saatına birbaşa təsir etməməsi, bəzən yüksək bal toplayan müəllimlərdə narazılıq yaradır. Onlar düşünür ki, yüksək nəticə onların peşəkarlığını sübut etdiyindən, bu, yalnız maddi deyil, funksional dəyişikliklərə də səbəb olmalıdır. Bu tələb ilk baxışdan motivasiyaedici və ədalətli görünə bilər, lakin praktikada bu yanaşma məktəblərdə dərs saatlarının balanslı və şəffaf bölüşdürülməsinə xələl gətirə bilər. Digər müəllimlərin dərs saatlarının azalması, vakansiyaların süni şəkildə dəyişdirilməsi və balanssızlıq yaranması təhlükəsi var.

Beynəlxalq təcrübədə isə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada yüksək nəticə göstərmiş müəllimlərə əlavə dərs saatı deyil, mentor müəllim statusu, peşəkar inkişaf layihələrində iştirak hüququ, metodik rəhbərlik və məktəbdaxili qiymətləndirmə proseslərində rol verilir. ABŞ-da "teacher leadership" modeli əsasında yüksək nəticə göstərmiş müəllimlərə daha çox dərs deyil, daha çox məsuliyyət və rəhbərlik rolu təklif olunur. Bu zaman həm əməkhaqqı artırılır, həm də müəllim tədris keyfiyyətinə sistemli təsir göstərə bilir. Bu yanaşma yalnız miqdarı deyil, keyfiyyəti əsas götürür.

Müsbət tərəf odur ki, Azərbaycanda ilk dəfə olaraq müəllimlər yalnız maddi artım deyil, daha çox dərs, daha çox fəaliyyət, daha çox faydalılıq tələb edirlər. Bu, müəllim peşəsinin fəallıq səviyyəsinin və ictimai məsuliyyət hissinin artdığını göstərir. Eyni zamanda, bu yanaşma, təhsil sistemində fərqləndirmə və səriştəyə əsaslanan idarəetmənin təşəkkül tapdığını göstərir. Müəllim artıq yalnız formal şəkildə vəzifəsini yerinə yetirmək yox, sistemdə daha çox rol almaq istəyir. Bu, təhsil üçün müsbət impuls yaradır.
Sertifikasiyada yüksək bal toplayan müəllimlər dərs saatlarının artırılmasını tələb edirlərLakin bu tələbin hüquqi baxımdan hazırkı mərhələdə təmin olunması mümkün deyil və ehtiyac yoxdur. Çünki dərs saatı pedaqoji normaya əsasən tənzimlənir və bu norma dəyişmədiyi halda, balans pozular. Əvəzində Təhsil Nazirliyi və yerli təhsil idarəetmə orqanları yüksək bal toplamış müəllimləri məktəbdaxili əlavə funksiyalara – dərnək rəhbərliyi, mentorluq, metodik şura, qiymətləndirmə qruplarında iştiraka cəlb edə bilər və bu fəaliyyətə görə əlavə ödənişlər tətbiq oluna bilər. Bu zaman həm keyfiyyətli müəllim dəstəklənər, həm də ümumi təhsil mühiti güclənər.

Gələcəkdə isə bu istiqamətdə daha çevik modelin tətbiqi məqsədəuyğun ola bilər. Məsələn, məktəbdə vakant saatlar olduqda onların ilk növbədə yüksək nəticə göstərmiş müəllimlərə təklif olunması hüquqi baza şəklində təsbit edilə bilər. Bu həm motivasiyanı artırar, həm də obyektiv bölgü üçün əsas yaradardı. Bununla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərin təlimçilik və təkmilləşdirmə proqramlarında iştirakını təşviq edən sistem formalaşdırıla bilər.

Nəticə etibarilə, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin dərs saatlarının artırılması ilə bağlı tələbləri hüquqi baxımdan əsaslı olmasa da, psixoloji və motivasiya baxımından anlaşılandır. Bu tendensiyanı idarə etmək üçün mövcud qanunvericiliyə uyğun əlavə təşviq mexanizmləri qurulmalı, dərs bölgüsü isə yenə də obyektiv ehtiyac əsasında həyata keçirilməlidir. Təhsilin keyfiyyəti yalnız çoxlu dərs deyənlərlə deyil, dəyərli və məqsədli şəkildə fəaliyyət göstərən müəllimlərin sistemdə rol alması ilə mümkündür. Bu rolu isə sistem tanımalı və idarə etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10250   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

21:00 0
.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

11:30 161
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

20:30 0
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

17:00 141
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 143
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

19:10 0
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

11:45 163
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

19:50 0
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

19:30 0
.