Anar Mədəniyyət Nazirliyini tənqid etdi, RİH seli günahkar çıxardı
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Mədəniyyət Nazirliyini tənqid edib. Xalq Yazıçısı bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Bununla bağlı sədr dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırıb, amma:
"Məktub yazmışam, nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev-muzeyinə gedib yerində baxmışam. Bu, Mədəniyyət Nazirliyinin işidir. Bu vəziyyət mənə də xoş deyil".
Anar bu məsələnin həllində yerli bələdiyyələr, icra hakimiyyətlərinin də təşəbbüs göstərə biləcəklərini vurğulayıb.
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinə aprel ayında gələn sel nəticəsində ziyan dəyib:
"Bura iki dəfə sel gəldi. Biri neçə il əvvəl. İkincisi isə aprel ayında gəldi, hər ikisində muzey böyük zərər gördü. Təkcə zərər görən bu muzey olmayıb, rayon üzrə inzibati binaların da sayı çoxdur. Biz bununla bağlı Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə kimi yazılı məlumat verdik. Gəlib baxdılar və qiymətləndirmə aparıldı. Biz prosesin necə tənzimləşəcəyini bilmirik, ev-muzeyi balans, invertarlaşma olaraq Mədəniyyət Nazirliyinin tabeliyindədir. Burada əsaslı iş görülməlidir və eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən aparılmalıdır. Biz üzərimizə düşən işi etmişik".
Ceyhun İsgəndərov Cəfər Cabbarlının ev-muzeyinin sellə bir əlaqəsi olmadığını diqqətə çatdırıb:
"Nazirin özü də muzeydə olub. Həmin vaxt təmir məsələsi gündəmə gəldi. Hətta müəyyən qədər təmir işləri aparılıb. Mütəxəssislər baxıb rəy verməlidir ki, muzeyin əsaslı təmirə ehtiyacı var, yoxsa sökülüb yenidən tikilməlidir. Bunu biz deyə bilmərik, son qərar mütəxəssislərindir".
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə də sorğu göndərmişik. Hələlik nazirliyin məsələyə münasibəti redaksiyaya tədqim olunmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2136 Tarix: 20 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
21:00 0 Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
11:30 161 "Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca
20:30 0 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
17:00 141 Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar
Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə
15:20 143 15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi
19:10 0 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny
11:45 163 İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
19:50 0 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
19:30 0