"Paşinyanın səfəri zamanı Ermənistanın Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafı müzakirə olunacaq" - Politoloq

"Paşinyanın səfəri zamanı Ermənistanın Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafı müzakirə olunacaq" - PolitoloqErmənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, səfər zamanı Ermənistanın Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafı istiqamətində müzakirələrin aparılacağı və əlbəttə problemlərin həllini ehtiva edə biləcək qərarların qəbul olunacağı gözlənilir:

"Paşinyanın Türkiyəyəyə ilk səfəri işgüzar səfər çərçivəsində olsa da,erməni mətbuatı bu səfərin tarixi əhəmiyyət kəsb edə biləcəyini bildirir.Səfər zamanı Ermənistanın Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafı istiqamətində müzakirələrin aparılacağı və əlbəttə problemlərin həllini ehtiva edə biləcək qərarların qəbul olunacağı gözlənilir. Türkiyə prezidentinin özü tərəfindən Paşinyanın qəbul olunacağı faktı səfərin formal xarakter kəsb etməyəcəyini düşünməyə əsas verir.Ermənistan üçün hazırkı şəraitdə Türkiyə ilə münasibətlərdəki problemlərin həlli ilk növbədə sərhədlərin açılması Avropayaya inteqrasiya baxımından rəsmi İrəvan üçün prioritet əhəmiyyət kəsb edir.Bu isə Ermənistan tərəfindən Türkiyə və Azərbaycana olan ərazi iddialarından rəsmi imtina,habelə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün onun irəli sürdüyü təkliflərin həlli istiqamətində konkret addımların atılmasını zəruri edir. Bu ölkənin konstitusiyasında Azərbaycanla bağlı iddialardan imtina və bu məqsədlə konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə referendumun keçirilməsini vacib edir.
Paşinyanın Real Ermənistan layihəsinin həyata keçirilməsi məqsədi ilə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün konkret təkliflər və platformalarla çıxış edəcəyi gözləniləndir.Ermənistanda hakimiyyətə yaxın etibarlı dairələrin mətbuata sızdırdıqları informasiyaya görə Paşinyan sülh müqaviləsinin imzalanması üçün Vaşinqton və ya Dubayı təklif edə bilər.Vaşinqton platformasında müqavilə Rusiya ilə münasibətlərin xarakterinə təsir edə biləcəyindən rəsmi Bakının Dubay platformasına etiraz etməyəcəyi gözləniləndir.Təbii ki,ilk növbədə sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərin rəsmi İrəvan tərəfindən həlli istiqamətində bəlli addımların atılmasını vacib edir.Paşinyan isə erməni kilsəsi və revanşist müxalifət tərəfindən məlum təzyiqlərə görə hələlik bu məsələləri ictimaiyyətin müzakirəsinə buraxmaqdan ehtiyat edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

21:00 0
.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

11:30 161
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

20:30 0
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

17:00 141
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 143
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

19:10 0
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

11:45 163
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

19:50 0
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

19:30 0
.