Azərbaycanda heyvanların sağlamlığını izləyən "ağıllı tasma" yaradılıb
Azərbaycanda heyvanların sağlamlığını izləyən "ağıllı tasma" məhsulu hazırlanıb.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
O, qeyd edib ki, bu yaxınlarda Zəngilanın Ağalı kəndində "bootcamp" təşkil edilib: "Bu "bootcamp"ların əsas məqsədi Azərbaycanın aparıcı universitetlərində süni intellekt, kompyuter mühəndisliyi, mekatronika kimi ixtisaslarda təhsil alan tələbələri aqrar sahədə fəaliyyət göstərən iri aqroparklarla bir araya gətirməkdir. Çünki bizim aqroparklar müasir texnologiyalardan istifadə etsələr də, çox vaxt tələbələrimizin bu sahədə maraqlı və praktik həllər üzərində işlədiyindən xəbərsiz olurlar. Bu tələbələrin həllərinin tanıdılması və təqdim edilməsi üçün belə tədbirlər təşkil edilir. Beləliklə, gənclər, universitetlər və innovativ ideyalar bir araya gəlir".
"Artıq bir neçə uğurlu layihənin şahidi olmuşuq. Məsələn, "ağıllı tasma" layihəsini qeyd edə bilərəm. Bu layihəni Zaqataladan olan bir startapçı hazırlayıb, iribuynuzlu heyvanların boynuna taxıla bilən qurğudur. Bu cihaz heyvanın nəbzini, stress səviyyəsini, bədəndəki dəyişiklikləri qeydə alaraq mərkəzə ötürür. Eyni zamanda, heyvanlar vəhşi heyvanlarla qarşılaşdıqda xüsusi səslər çıxarır və bu səslər sayəsində vəhşi heyvanlar uzaqlaşır. "Dost Aqropark"da analoji cihazlardan istifadə edilir. Onların istifadə etdikləri cihazlar Polşa və Türkiyə istehsalıdır. Lakin yerli istehsal olan bu cihaz onlarda maraq yaratdı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 588 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar
Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə
15:20 143 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
14:30 160 Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
17:50 118 Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 159 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
17:00 141 Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il
15:50 138 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
18:20 97 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
15:30 149 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
18:40 45