"Face studio"nun sahibi uşağını anasından aldadaraq alıb? - Ali Məhkəmə SON NÖQTƏNİ QOYDU
Son günlər bəzi media subyektlərində "Face Studio"nun sahibi Rüfət Bədirovun keçmiş həyat yoldaşı Fidan Həsənovanın (Bədirova) irəli sürdüyü ittihamlarla bağlı yayılmış məlumatlarla əlaqədar Ali Məhkəmə məsələyə münasibət bildirib.
Ali Məhkəmədən Oxu.Az-a verilən məlumata görə, Fidan Fariz qızı Bədirova (Həsənova) ilə Rüfət Çingiz oğlu Bədirov arasında 25 sentyabr 2023-cü il tarixində Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanıb. Sazişə əsasən, tərəflərin nikahdan olan 2020-ci il təvəllüdlü övladı yetkinlik yaşına çatana qədər atanın himayəsində qalmalı, ana ilə isə hər həftənin cümə günü görüş imkanları yaradılmalı idi.
Sazişin digər şərtlərinə görə, F.Bədirovaya aylıq 10 000 manat aliment, bir avtomobilin verilməsi, digər daşınar və daşınmaz əmlakın isə R.Bədirovun mülkiyyətində saxlanılması razılaşdırılmışdı.
Lakin sonradan F.Bədirova məhkəməyə müraciət edərək, Azərbaycan dilini yaxşı bilmədiyi üçün sazişin şərtlərini anlamadığını, mediator və vəkil tərəfindən aldadıldığını əsas gətirərək sazişin bəzi bəndlərinin etibarsız sayılmasını tələb etmişdi. Lakin Xətai Rayon Məhkəməsi 2024-cü il 20 iyun tarixli qətnaməsi ilə iddianı təmin etməmişdi.
Apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi də 2025-ci il 17 yanvar tarixində qərara əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Məhkəmə iddiaçının sazişin şərtlərini başa düşdüyünü göstərən video və səs yazılarını, eləcə də onun Azərbaycan dilində ali təhsil almasını və səlis danışığını əsas gətirərək aldadılma iddialarını əsassız sayıb.
Fidan Bədirovanın kassasiya şikayəti isə 2025-ci il 21 iyun tarixində Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən təmin olunmayıb. Qərarda qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi pozuntuya yol verilməyib.
Ali Məhkəmə əlavə edib ki, bu mübahisə yalnız barışıq sazişinin hüquqi qüvvəsi ilə bağlıdır və uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi yalnız R.Bədirovun ayrıca məhkəmə iddiası ilə mümkün ola bilər. Mövcud saziş bu tələbin icrası üçün yetərli hüquqi əsas sayılmır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar
Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə
15:20 143 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
14:30 160 Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
17:50 118 Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 159 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
17:00 141 Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il
15:50 138 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
18:20 97 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
15:30 149 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
18:40 45