30 yaşlı Nihal Candanın ölümündən sonra 2 məşhurdan ŞOK anoreksiya ETİRAFI
Anoreksiyadan əziyyət çəkən sosial media fenomeni Nihal Candanın vəfatı daha əvvəl eyni xəstəliklə mübarizə aparmış məşhurları yenidən gündəmə gətirib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənnilər İrem Derici və Derya Uluğ illər öncə eyni xəstəliklə mübarizə apardıqlarını etiraf ediblər.
Hər iki sənətçi gənc qızlara səslənərək "Zəiflik xəyalı ilə sağlamlığınızı itirməyin" xəbərdarlığını edib.
İrem Derici sosial media hesabında bunları yazıb:
"Asan idi, eləmi? Getdi bax... Ailəsi arxasınca ağlayar indi. O qədər vicdansızsınız ki, intiharın son mərhələsini belə anlaya bilmədiniz. Nihal rahatlıq tapdı... Mən bu xəstəliyə çətinliklə qalib gəldim, bəlkə hələ də tam sağalmamışam".
Derici 2017-ci ildə reanimasiyadan çıxdıqdan sonra çəkdirdiyi bir fotosunu paylaşaraq bunları qeyd edib:
"2017. Xüsusi palataya keçdiyim gün çəkdirdiyim ilk şəkil. Həmin vaxt 5-6 kilo çəki almışdım. Heç kimin nə yaşadığını bilə bilməzsiniz".
Müğənni Derya Uluğ da sosial media paylaşımında universitet illərində anoreksiya ilə mübarizə apardığını açıqlayıb:
"Universitet illərində anoreksiya keçirmiş və bu vəziyyətdən çıxmağı bacarmış biri olaraq demək istəyirəm ki, sosial medianın yaratdığı təzyiqlər və ya başqa səbəblərlə sağlam olmayan şəkildə arıqlamaq düşündüyünüzdən daha təhlükəlidir. Bir dilim çörək yeyə bilmək üçün dua etdiyim gecələri xatırlayıram. 2 il davam edən bu mübarizədə 39 kiloya qədər arıqlamışdım. Amma iradə göstərdim və sağlamlığıma qovuşdum. Təəssüf ki, Nihal bu qədər şanslı olmadı... Çox üzgünəm, ruhu şad olsun".
Derya gənc qızlara səslənib:
"Zəiflik gözəllik demək deyil, sağlamlıq hər şeydən daha qiymətlidir. Əgər arıq görünmək sizi xoşbəxt edirsə, bunu sağlam qidalanma və idmanla edin. Digər yollar sağlamlığınızı əlindən aldıqda sadəcə zəif və xəstə olacaqsınız. Sosial medianın yaratdığı saxta gözəllik anlayışına uymayın, həyatınızdan olmayın".
Qeyd edək ki, 2023-cü ildə "dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları ilə həbs olunan Nihal Candan həbsxanada olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə qarşılaşmışdı. Ona anoreksiya diaqnozu qoyulmuşdu. Xəstəlik irəlilədikcə ciddi çəki itkisi yaşayan gənc fenomen 23 kiloya qədər arıqlamışdı. Reanimasiyaya yerləşdirilən Candanın birinci dəfə ürəyi dayanmışdı, həkim müdaxiləsi ilə həyatına qayıtsa da, 24 saatlıq kritik mərhələdən sonra ürəyi ikinci dəfə dayanıb və bu dəfə həyatını xilas etmək mümkün olmayıb. Nihal Candan 30 yaşında dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəsmi boşanma 10 il sonra gerçəkləşdi
Hollivud aktyoru Tobi Maquayr və prodüser Cennifer Meyer boşanmalarını rəsmən yekunlaşdırıblar. Axşam.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, cütlüyün boşanma prosesi ayrıldıqlarını elan etdikdən 10 il sonra başa çatıb. Maquayr və Meyer 2016-cı ildə ayrıldıqlarını açıqlayıblar
03.10.2026 253 "Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10:15 182 Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
200-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan
03.10.2026 313 Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
17:10 142 Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüsü yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Həmin paylaşımı təqdim edirik:
04.10.2026 499 Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOLAR
Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Paylaşımda onun qızları da yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik:
03.10.2026 962 Nadir Qafarzadə nəvəsi ilə - FOTO
Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var
07.10.2026 430 Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
03.10.2026 412 Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin
04.10.2026 652