Erməni rəqibinə qalib gələn boksçumuz Avropa çempionu oldu

Erməni rəqibinə qalib gələn boksçumuz Avropa çempionu olduAzərbaycan boksçusu Əminə Tağı erməni rəqibinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.

Oxu.Az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini bir qızıl, üç gümüş və üç bürünc medalla başa vurub.

Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanlı (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 801   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib

İspaniyanın "Real" klubu və braziliyalı hücumçu Vinisius Junior müqavilə müddətinin uzadılması barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb. Müqavilənin imzalanması üçün rəsmi görüşün iyulun sonunda baş tutacağı bildirilib. Vinisiu

12.07.2026 197
.

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top

06.07.2026 230
.

Kazemironun yeni ünvanı bəlli oldu

Braziliyalı yarımmüdafiəçi Kazemiro və MLS təmsilçisi "İnter Mayami" klubu arasında müqavilənin imzalanması barədə razılıq əldə olunub. xəbər verir ki, bu transfer barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Bütün tərəflər şifah

21.06.2026 276
.

Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ

CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib. xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb. Ölümün səbəbləri barədə məlumat verilmir. Adams 2025-ci ildən "Mamelodi Sandauns" klubunda oynayırdı v

12.07.2026 208
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12.07.2026 175
.

Erve Renar Tunis millisi ilə vidalaşdı

Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi

05.07.2026 240
.

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi

08.07.2026 271
.

"İstəyirəm ki, Elvin "Qarabağ"da qalsın"

"Qarabağ" tarixindəki ən güclü büdcəni vermişik. Klub bu il tarixinin ən güclü dövründədir". "Qafqazinfo" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, 1-2 transfer daha gözlənilir. Bu, klubun çalışdırıcıs

09.07.2026 394
.

Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"

21.06.2026 343
.

TOP MP3