90 saniyədə xoşbəxt olmağın YOLU
Eyni problem üzərində günlərlə, həftələrlə, bəzən isə illərlə stressə düşmək əvəzinə, bu sadə texnikadan istifadə edərək xoşbəxtliyə gedən yolu tapmaq mümkündür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu metodikani keçmiş Google rəhbəri və xoşbəxtlik üzrə ekspert tövsiyə edir.
"90 saniyə qaydası sizi çox tez bir zamanda daha yaxşı hiss etdirməyə kömək edir", - sahibkar və yazar Mo Qavdat bildirir.
O, özü də onu narahat edən məsələlərlə mübarizə aparmaq üçün bu sadə üsuldan istifadə edir.
Mo Qavdat "Xoşbəxtliyin formulu" adlı kitabında yazır ki, bəzən bir problem - kiçik və ya böyük - beynimizdə ilişib qalır və ondan qurtulmaq çətin olur. Məhz bu hallarda 90 saniyə qaydası kömək edir. Bu üsul, Qavdatın oğlunu planlı əməliyyat zamanı itirdikdən sonra özünü toparlamasına da yardım edib.
"90 saniyə qaydası neyroelmin əsasına dayanır. Elmi olaraq sübut olunub ki, stress və qəzəb hormonları orqanizmdən 90 saniyə ərzində çıxır. Bu o deməkdir ki, bir buçuk dəqiqəlik kəskin emosional vəziyyətdən sonra diqqətimizi başqa yerə yönəltmək imkanımız var. Lakin əksər hallarda biz bunu etmirik. Beynimiz yenidən bizi narahat edən məsələyə qayıdır və stress hormonlarının yenidən ifraz olunmasına səbəb olur. Bu isə sonsuz təkrarlanan bir dövrəyə çevrilə bilər," – o bildirib.
Amma bu dövrəni qırmaq mümkündür və Qavdat izah edir ki, bunu necə etmək olar. Sadəcə olaraq özünüzə 90 saniyə vaxt verin və problemin dərinliyini tam şəkildə hiss edin. Vaxt bitdikdən sonra isə özünüzdən soruşun:
"İndi nə edəcəm?"
Bu sual adətən diqqəti problemin özündən onun həllinə yönəltməyə kömək edir. Əgər bu da kömək etmirsə, Qavdat başqa bir üsul tövsiyə edir. O yazır ki, bu halda özünə üç sual verir:
1. Həqiqətən də bu baş veribmi?
– Bəzən problem sadəcə bizim təsəvvürümüzdə yaranır və əslində hər şey düşündüyümüzdən daha sadə həll olunur.
2. Əgər bu doğrudursa, problemi həll etmək mümkündürmü?
– Əgər bəli, mümkündürsə, o zaman onu həll etmək lazımdır.
3. Əgər bu problemi həll etmək mümkün deyilsə, mən onu qəbul edə bilərəmmi və buna baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə davam edə bilərəmmi?
– Qavdat bunu "qətiyyətli qəbul etmə" adlandırır.
Onun fikrincə, bu yanaşma insanın, istənilən vəziyyətdə belə, xoşbəxt olma ehtimalını artırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1066 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki
12:07 271 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat
16:30 164 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını
15:57 161 Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
20:00 159 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
20:30 160 ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb
ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib. Qasırğa oktyabrın 9-d
15:50 151 Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
17:44 215 NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
18:40 177 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
17:50 162