Qəbir yerini 50 minə satan vəzifəli şəxsin işindəki ŞOK DETALLAR

Qəbir yerini 50 minə satan vəzifəli şəxsin işindəki ŞOK DETALLARYasamal bələdiyyəsi icra aparatı ərazi idarəetmə şöbəsinin müdiri olmuş Rizvan Mahmudov 4 nəfərlik qəbir yerini 50 min manata satmaq istəyən zaman saxlanılıb.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, 63 yaşlı sabiq şöbə müdiri bir nəfər üçün yerin 20 min manata olduğunu desə də, sonda 4 nəfərlik yer üçün 50 min manata razılaşıb.

Həmin məbləğin 5 min manatını beh kimi alıb. Növbəti görüşdə 45 min manatı alan zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Mahmudov ifadəsində deyib ki, Anar adlı şəxsə 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfər üçün qəbir yeri ayıracağına söz verib. Onun sözlərinə görə, yuxarı ərazilərdə yer olmadığı üçün "Qanlı göl" tərəfdə qurudulan ərazidə 4 nəfərlik yerin ayrılmasına razılıq verib.

Anar adlı şəxsi qəbiristanlıqda işləyən Elçinin vasitəsilə tanıdığını deyən R.Mahmudov bildirib ki, 5 min manatı aldıqdan sonra Anardan şübhələnib və pulu geri qaytarmaq istəyib. Lakin ikinci görüşdə Anarın 45 min manatı verəcəyinə əminliyi yarandığı üçün pulu geri qaytarmaq fikrindən daşınıb:

"Qəbir yerləri pulsuz verilirdi. Elçin mənə zəng edib bir nəfərin yer axtardığını dedi. Əvvəl Anara bir qəbir yerinin 20 min olduğunu dedim. Anar isə etiraz edərək 15 min manat olduğunu dedi. Söhbətdən sonra 4 yerə görə 50 min manata razılaşdıq. Anar qəbiristanlıqda beh kimi Elçinə 5 min verib. Elçin də mənə çatdırıb. Sonra pulu geri qaytarmaq istədim. Anar dedi ki, problem olmayacaq. Sonuncu dəfə qəbiristanlıqda görüşəndə Anar 45 mini verdi. Pulu götürüb iş yerinə qayıtdım. İş yerinin həyətində prokurorluq əməkdaşları məni saxladılar".

Suallara cavab verən R.Mahmudov deyib ki, qəbir yerlərinin ayrılması bələdiyyə sədrinin səlahiyyətində olub. Lakin onun satmaq istədiyi yerlərdən bələdiyyə sədrinin xəbəri olmayıb:

"Bu işdən nə bələdiyyə sədrinin, nə də başqa şəxsin xəbəri olub".

İstintaq zamanı təqsirləndirlən Mahmudovla qəbir yeri almaq istəyən Anar adlı şəxsin arasındakı yazışmalar və telefon danışıqları da sübut kimi qiymətləndirilib. Həmin danışıqlarda həqiqətən də 4 nəfərlik qəbir yerinin 50 min manata satılması, 5 min manatın ilkin ödəniş kimi verilməsi detalları yer alır.

Qeyd edək ki, Rizvan Mahmudov törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 312-1.1-ci (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham olunub.

Məhkəmə onun 10 min manat cərimə edilməsi ilə bağlı hökm çıxarıb. Həbsdə olan Mahmudov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Həbsdə qaldığı günlər nəzərə alınaraq cərimə cəzası 7 min manat olaraq hesablanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 330
.

Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d

10.10.2026 179
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10.10.2026 175
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 0
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 0
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 170
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 165
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

00:11 0
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 0
.