Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT
III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 18-23-də (saat 23:59-dək) Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Mərkəzdən Lent.az-a verilən məlumatda bildirilir ki, tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə "Abituriyent" jurnalının Jurnalistika istiqaməti üzrə xüsusi buraxılışında tanış ola bilərsiniz.
Xüsusi buraxılışı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin Slovakiya il
14.07.2026 210 Nikol Paşinyan 3000 metr yüksəklikdən video yayımladı
Ermənistanın Baş naziri Nikol Paşinyan dağ yürüşünə çıxdığı görüntüləri sosial şəbəkədə paylaşıb. xəbər verir ki, videolar Paşinyanın Telegram kanalında yayımlanıb. Baş nazir ilk paylaşımına "Gedək!" sözünü yazıb. Daha sonra o, "Dağlar" başlıqlı daha bir video yayımlayıb. Paşinya
14.07.2026 216 Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə
14.07.2026 222 Azərbaycan Slovakiya iqtisadi əlaqələr daha da genişlənir
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə
14.07.2026 197 Sabah 40 dərəcə isti olacaq
Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı
14.07.2026 249 ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. CNN-in yaydığı məlumata görə, Vaşinqton İsrailin İranla hərbi qarşıdurmaya birbaşa cəlb olunmaması üçün intensiv təmaslar aparır və münaqişənin regional müharibəyə çevrilməsini
14.07.2026 684 "Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb. Axşam.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib. Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?. Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsu
14.07.2026 385 Qızı əşyalarını 7-8 manatdan satır…
Mərhum türk tarixçi professor İlber Ortaylının qızı Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər müxtəlif əşyaları "WhatsApp"dakı ikinci əl satış qruplarında 200-800 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarıb. OLAY yazır ki, bu paylaşımlar gündəmə gəldikdən sonra bəzi sosial medi
14.07.2026 414 Xankəndidə Prezidentin adından Pelleqrininin şərəfinə nahar verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub
14.07.2026 240