"Gərək uşağı görməzdim" - Çinarə ilk dəfə!

"Gərək uşağı görməzdim" - Çinarə ilk dəfə!Aparıcı Çinarə Əliyeva ilk dəfə itirdiyi körpəsindən danışıb.

OLAY yazır ki, bu barədə o, RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində açıqlama verib. Çinarə həmin hadisədən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Bəzən deyirlər, həkimlərin günahıdır, amma biz bilmirdik. Uşağın ciyərində yırtıq var idi, sağ tərəfdə idi. Bu, 1000 uşaqdan ikisində olur, ürəyi divara sıxır, inkişaf getmir. Dedilər, düzələ bilər. Bunu doğuşa 20 gün qalmış öyrəndik. Neçə dəfə doppler etmişdik, görünməmişdi, gözdən qaçmışdı. Bu, 20 neçə həftəsindən sonra yaranmışdı, ona qədər bizdə hər şey gözəl gedirdi, mən hazırlıq görürdüm, uşağın otağına nələrsə alırdım. Dedilər ki, bir doppler də edin, onda bəlli oldu, mən ağlaya-ağlaya çıxdım. Bir həftə ağladım. Sonra deidlər ki, uşağı götürək, yaşama ehtimalı azdır. Mən risk etdim, sona qədər getdim. Doğuşa da gedəndə bir gözüm ağlayırdı, digəri yox. Təsəvvür et, hamıda beldən keyidib, doğuş edirdilər. Məndə qoymadılar görüm, dedilər ki, aparat gələcək, uşağı birbaşa aparata qoşacağıq. Uşaq doğuldu, qız idi. Üç kilo neçəsə qram idi. Bir gün sonra dedilər ki, uşaq yaxşı nəfəs alsa, əməliyyat olunsa, yaşaya bilər. Biz çox sevindik, səhəri gün əməliyyat etdilər, bir neçə həkim, cərrah əməliyyata girdi. Görmüşdülər ki, uşağın ciyəri inkişafdan çox qalıb, nöqtə boydadı. Axşam vaxtı dedilər ki, vəziyyət yaxşı deyil. Gecə keçindi, səhər mən xəstəxanada qalmalıydım, qala bilmədim. Çox çətin idi. Gərək görməzdim, həyat yoldaşım getdi gördü, əlindən tuturdu, çox gözəl uşaq idi. Deyəndə ki, yaxşılığa doğru gedir, sevindim. Dedim, gedim görüm, yaxşı olacaq. O, uşağı aparatda görəndə halsız vəziyyətdə məni qaldırdılar yuxarı. Uşaq qalmadı... Mənim heç nə yadımda deyil, uşağı Ruslana təhvil verdilər. Xəstəxana çıxışında insanlar var idi, deyirdilər, Çinarə uşaqsız çıxdı. Hətta palatada hamının uşağı gəlirdi, çox çətin idi... Dedim, bəlkə belə məsləhət idi. Çətin dövr idi, nə hamilə qadına bax abilirsən, nə uşağa".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1107   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Colinin malikanəsini Madonna alıb?

Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonna­nın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMill

10.10.2026 140
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

04.10.2026 367
.

"Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum"

"Bacanaqlar" serialına başlayanda 25 yaşım var idi, bitəndə isə 36 yaşım olmuşdu. Serialı dayandırmağımızın iki səbəbi var idi. Xalq artistləri bizi tənqid edirdi. Texnikamız zəif idi, istədiyimiz keyfiyyəti ortaya qoya bilmirdik. Bir də yorulmuşdum və serialı bağladım. Türkiyədə filmə çəkilənd

03.10.2026 258
.

Bu da Ədalət Şükürovun HƏYAT YOLDAŞI - FOTOLAR

Əməkdar artist Ədalət Şükürov 1 yaşlı nəvəsi İsgəndərə ad günü keçirib. Axşam.az-ın məlumatına görə, məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər. Ədalət Şükürovun həyat yoldaşı ilə görüntüləri sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, ifaçının bir qız, bir oğlan övladı var

03.10.2026 1219
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10.10.2026 134
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 516
.

Aysel Teymurzadə belə dincəlir - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb

27.09.2026 1476
.

Nadir Qafarzadə nəvəsi ilə - FOTO

Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var

07.10.2026 411
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10.10.2026 210
.