"Əkinçi"nin izi ilə – Azərbaycan jurnalistikası dünya arenasında
Bu gün Azərbaycan mətbuatı 150 illik yubileyini qeyd edir. 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyulub.
Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, qəzet maarifçi ideyaların carçısı olmaqla yanaşı, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib. Eyni zamanda milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, eləcə də mütərəqqi jurnalist nəslinin yetişməsinə mühüm töhfələr verib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan mətbuatının və jurnalistikasının bu günkü vəziyyəti ürəkaçandır:
"Bunu on illərini mətbuata sərf etmiş biri olaraq deyirəm. Xüsusilə də uzun illər fəaliyyətimi ölkədən kənarda davam etdirmiş bir şəxs kimi deyə bilərəm ki, bir vaxtlar nəinki Azərbaycan mətbuatını, ümumiyyətlə ölkəmizi belə dünyaya tanıtmaq çox çətin idi. Mətbuatımızın səsi beynəlxalq aləmdə eşidilmirdi".
Azər Həsrətin sözlərinə görə, bu gün artıq Azərbaycan dünyada tanınan bir dövlətdir və mətbuatımız da beynəlxalq informasiya məkanında öz yerini tapıb:
"Biz artıq o mərhələləri arxada qoymuşuq. Azərbaycan mediası qlobal proseslərin bir parçasına çevrilib və dünya mediasına öz töhfəsini verə bilir. Prezident İlham Əliyevin III Qlobal Şuşa Media Forumunda da qeyd etdiyi kimi, artıq Azərbaycan mətbuatını xaricdə izləyir, təhlil edir və Azərbaycanla bağlı qərar qəbul edilərkən bu məlumatlardan istifadə edirlər. Bu da o deməkdir ki, mətbuatımız arzu olunan zirvəyə yüksələ bilib."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 22 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10:27 218 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 364 Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti
"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva
13:57 214 Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10:42 226 Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
09.10.2026 353 Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
17:44 159 Yollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10:00 192 Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi
Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki
09.10.2026 359 Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
19:00 108