Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib. "Avrora Qrup"un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan çox media orqanının əməkdaşı iştirak edib.
BiG.AZ xəbər verir ki, iki gün davam edən turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.





BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 679 Tarix: 22 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeyt Duqlass 50 metr sərbəst üsulla üzməkdə dünya rekordunu yeniləyib
ABŞ-dən olan qadın üzgüçü Keyt Duqlass yeni dünya rekorduna imza atıb. "Report" xəbər verir ki, 24 yaşlı idmançı buna ölkəsində təşkil olunan "TYR Pro Swim Series" turnirində nail olub. O, sərbəst üsulla üzməkdə 50 metr məsafəni 23,59 saniyəyə qət edib. Əvvəlki rekord 2023-cü ildək
20.06.2026 259 UFC Fight Night Baku" Azərbaycanın idman tarixində yeni mərhələdir - Aqil Acalov
Azərbaycanın mötəbər və nüfuzlu idman yarışlarına evsahibliyi etməsi üçün seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu nəticəsidir. Hər il Bakıda idmanın demək ola
27.06.2026 524 Mbappe dünya çempionatlarının tarixinə düşdü
Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl
05.07.2026 260 Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər
Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir
04.07.2026 266 Messi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb. "Çempionat" portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşə
28.06.2026 336 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi
08.07.2026 269 Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb
Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb. "Report" xəbər verir ki, 36 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı. Şərəfl
11.07.2026 185 Avropa Liqası: "Qarabağ" mübarizəyə başlayır
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq. Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görü
09.07.2026 235 "Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb
"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Klublar arasında aparılan danışıqların uğurl
27.06.2026 238