"İsrailin Dəməşqə ünvanlanmış tələbləri dolayısı yolla Türkiyəni də təhdid edir" - Politoloq
Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.
"Suriya rəhbərliyi müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmi dəstək istəyib. Bu tələbə uyğun olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün təlim, məsləhət və texniki dəstək vermək məqsədi ilə işlərimizi davam etdiririk", - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki,İsrailin Suriyada druzlar və DəməşqIn təhlükəsizkik qüvvələri arasında qarşıdurmaya hərbi müdaxiləsi,habelə Culaninin başçılıq etdiyi keçid hökumətindən Holand təpələri üzərində İsrailin hüqüqlarını tanıması ilə bağlı beynəlxalq hüquqa zidd hərəkətləri hazırda burada güclənməkdə olan qarşıdurmanın əsas səbəblərindəndir:
"Bu təpələr İsrail tərəfindən hələ keçən əsrin ərəb-İsrail müharibələri dövründə işğal edilmişdi. BMT TŞ-nın bu işğalı təcavüz kimi qiymətləndirən qətnamələri var və İsrailə ünvanlanmış tələblərdə həmin torpaqların Təl Əviv tərəfindən boşaldılması tələbləri var.LakinABŞ-nin vetoları bu sanksiyalarla bağlı İsrailə yönəldilə biləcək qətiyyətli addımların qarşısını illərlə alıb.
Suriyada Əsəd rejiminin iqtidarda olduğu dövrdə İsrail rəsmi Dəməşqə münasibətdə belə bir mövqe sərgiləyə bilmirdi.Üstəlik İranla bağlı proiksi qüvvələrin Suriyada mövcudluğu,habelə Əsədin Moskva ilə münasibətlərinin xarakteri də buna mane olurdu.
Dəməşqdə Türkiyənin dəstəyi ilə Əhməd Əl Şərinin iqtidara gəlməsi,Əsədin devrilməsi,İran və Rusiyanın Suriyada təsir imkanlarının zəifləməsindən sonra israil özünün təhlükəsizliyi ilə bağlı məsələləri bayraq edərək Suriyaya yönəli tələblərini daha da gücləndirib.Hazırda Suriyanın keçid hökuməti ölkə ərazisinin azı 75%-nə nəzarəti həyata keçirə bilmir,ölkədə ABŞ-yə,Türkiyəyə məxsus özü də qeyri-legetim əsaslarla silahlı qüvvələr,Rusiyaya aid və legetimliyi müvafiq sənədlərlə təsdiq olunmuş hərbi bazalar,kürdlərə,druzlara aid olan qeyri-qanuni silahlı birləşmələr var.Suriyadakı keçid hökuməti rəsmi Ankaranın dəstəyi ilə formalaşdığından Suriyada təhlükəsizliyə görə rəsmi Dəməşqlə yanaşı Türkiyə iqtidarı da daşıyır və əslində İsrailin Dəməşqə ünvanlanmış tələbləri dolayısı yolla Türkiyəni də təhdid edir.İstisna deyil ki,Türkiyəni Suriya bataqlığına cəlb etmək üçün bu qlobalistlərin beynəlxalq sionizmlə bağlı təşkil etdikləri məkrli bir oyundur.
Hadisələr rəsmi Bakı tərəfindən də diqqətlə izlənilir,Suriyaya Türkiyə ilə birgə invenstisiya yatırmaq istəyən rəsmi Bakı İsrail ilə münasibətlərindən çıxış edərək tərəflər arasında gərginliyin səngiməsi və aradan qaldırılması məqsədilə hazırda vasitəçilik edir.Bakıda bir muddət əvvəl Suriya və İsrail rəsmiləri arasında
keçirilmiş görüş bunun bariz göstəricisidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 900 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista
16:13 158 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
18:00 83 Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin
09.10.2026 316 "Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki
12:07 250 Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 157 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
17:10 140 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
17:50 90 Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
09.10.2026 326 Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi
Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə
10:34 206