Qadını döyərək ona qarşı dələduzluq edən "nazirlik əməkdaşı"na hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Babək Əmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Babək Əmirova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Babək Əmirov özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu zərərçəkmiş Maya Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30 000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb. Sonra o, tenderin qalibi olacağı təqdirdə 2 000 000 manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib. Bu yolla Babək 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qadından ümumilikdə 120 906 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Babək Əmirov 13 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Mayanın yaşayış binasının həyətində qəsdən başı ilə qadının sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Bundan başqa, o özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan zərərçəkmiş Amil İbrahimovla (soyadı şərtidir) özünə "WhatsApp" vasitəsilə 26 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində əlaqə saxlayıb. Babək zərərçəkmişə guya rəhbərliyin tapşırığına əsasən, işlədiyi nazirliyə məxsus "Toyota" və "Lexus" markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib. O bu yolla zərərçəkmişdən ümumilikdə 5 260 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 975 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista
16:13 158 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
18:00 83 Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin
09.10.2026 316 "Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki
12:07 250 Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 157 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
17:10 140 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
17:50 90 Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
09.10.2026 326 Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi
Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə
10:34 206