Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb.
O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:
"Üç aya yaxındır ki, həmkarım Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idi.
Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveytin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.
Abu Nahleh Xaled Azərbaycan və İordaniya Krallığının vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Ali məhkəmə Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.
Eyni zamanda, ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalski müdafiəyə cəlb edildi".
Vəkil bildirib ki, Azərbaycanın Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:
"Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə Nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.
Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.
Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt-Mayn əyalətinin Yuxarı Prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 900 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
17:44 114 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 360 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
16:44 145 Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi
Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki
09.10.2026 357 Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
09.10.2026 326 Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
14:30 183 Melike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 250 Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin
15:06 183 İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb. "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib. Səyyahın sözlərin
16:40 124