Rusiyada anti-Azərbaycan ritorikası: Təsadüfi çıxışlar, yoxsa mərkəzləşdirilmiş siyasət?

Rusiyada anti-Azərbaycan ritorikası: Təsadüfi çıxışlar, yoxsa mərkəzləşdirilmiş siyasət?Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri diplomatik yollarla həll etmək əvəzinə, indi də bəzi politoloq, deputat və media nümayəndələrini önə çıxararaq anti-Azərbaycan ritorikasını gücləndirir. Açıq şəkildə isteriya xarakteri daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur.

Son dövrlərdə Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin nümayiş etdirdiyi anti-Azərbaycan ritorikası, bəzi istisnalar istisna olmaqla, fərdi mövqe deyil. Bu çıxışlar Kremlə bağlı informasiya sistemindən qaynaqlanan vahid tapşırığın nəticəsi kimi dəyərləndirilə bilər. Ritorika formal olaraq fərdi təşəbbüs kimi təqdim olunsa da, dövlətin bu bəyanatlara susqun yanaşması Kremlin qeyri-rəsmi mövqeyini əks etdirir. Rusiya kimi media üzərində ciddi nəzarətin mövcud olduğu bir ölkədə bu cür çıxışların təsadüfi və müstəqil şəkildə səslənməsi real görünmür.

Mövzu ilə bağlı açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əgər məsələ ilə bağlı nə Kremlin sözçüsü, nə Xarici İşlər Nazirliyi, nə də digər rəsmi strukturlar tərəfindən təkzib və ya sərt reaksiya verilmir, bu susqunluq ritorikanın dövriyyədə qalmasına razılıq kimi qəbul edilməlidir:
Rusiyada anti-Azərbaycan ritorikası: Təsadüfi çıxışlar, yoxsa mərkəzləşdirilmiş siyasət?"Rusiyanın bu addımı müəyyən mənada başa düşüləndir. Cəmiyyətdə anti-miqrant əhval-ruhiyyəsinin körüklənməsi, konkret etnoslara qarşı kollektiv nifrətin formalaşdırılması dövlətin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə "günah keçisi" metoduna qayıtdığını göstərir. Azərbaycana və ümumilikdə Qafqaz xalqlarına qarşı yönəlmiş ritorika əslində Rusiya cəmiyyətində artan sosial narazılığın hədəfini bilərəkdən dəyişmək cəhdidir. Tarix isə göstərir ki, bu cür yanaşmalar təhlükəli nəticələr doğurur."

Politoloq əlavə edib ki, məsələn, 1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başladı, daha sonra hüquqi və fiziki təqiblərlə davam etdi. Bugünkü Rusiyada isə miqrasiya, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid kimi problemlər fonunda hədəfə diasporalar və "xarici mənşəli" vətəndaşlar göstərilir.

Azərbaycan cəmiyyətində Rusiyaya qarşı artan etimadsızlıq isə emosional deyil, məhz Kremlin son dövrlərdə sərgilədiyi mövqeyə verilən rasional reaksiyadır. "Arı yuvasına çomaq salırsansa, bal gözləmə" prinsipi burada da keçərlidir. Əgər Rusiya bu cür çıxışlara sərhəd qoymasa, yalnız ikitərəfli münasibətlər gərginləşməyəcək, həm də Rusiyanın öz daxilindəki çoxmillətli strukturlara qarşı inamsızlıq artacaq.

Azərbaycanlılara qarşı səsləndirilən nifrət ritorikası, əslində, sabah başqa etnosların da hədəf alınacağına işarədir. Bu isə təkcə Azərbaycanla münasibətlərə deyil, ümumilikdə Rusiya Federasiyasının daxili sabitliyinə ciddi təhlükə yaradır.

Bütün bu mənzərə göstərir ki, Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən narahatdır. Azərbaycana qarşı informasiya basqısı və ictimai rəyin yönləndirilməsi cəhdləri də bu narahatlığın nəticəsidir. Lakin bu strategiya nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə fayda verəcək. Əksinə, bu ritorikanın davamı Azərbaycanın Rusiya ilə münasibətlərində daha ehtiyatlı və məsafəli siyasət yürütməsinə gətirib çıxaracaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

17:44 114
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 360
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:44 145
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 357
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 326
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

14:30 183
.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 250
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

15:06 183
.

İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib

Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb. "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib. Səyyahın sözlərin

16:40 124
.