"Tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir"-EKSPERTDƏN AÇIQLAMA
Prezident İlham Əliyevin imzaladığı son qərarla 2025-ci il sentyabrın 1-dən tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir. Bu, sadəcə rəqəmlərin yenilənməsi deyil – bu, Prezidentin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin, onların sosial rifahını yaxşılaşdırmaq və elmi-intellektual potensialını dəstəkləmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin real nəticəsidir.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün dünyanın bir çox ölkəsində tələbələr təhsil xərclərini qarşılamaq üçün həm təhsil alır, həm də çalışmaq məcburiyyətində qalırlar. Halbuki Azərbaycan dövlətinin rəhbəri tələbələrin sosial təminatını gücləndirməklə onların yalnız və yalnız oxumağa, elmə və inkişaf etməyə fokuslanmasını təmin edir. Təqaüdlərin bu şəkildə artımı dünya miqyasında nadir hallarda rast gəlinən bir yanaşmadır və bu, Prezident İlham Əliyevin gənclərə verdiyi strateji dəyərin bariz təzahürüdür:
"Yeni məbləğlər həm bakalavr, həm magistratura, həm də doktorantura pillələrində təhsil alan tələbələr üçün nəzərəçarpacaq bir artımdır. Məsələn, bakalavriat səviyyəsində 200 manat təqaüd alan tələbə, orta aylıq xərclərinin əhəmiyyətli hissəsini qarşılaya biləcək. Magistrantlar üçün 240 manatlıq təqaüd, onların həm təhsil resurslarına çıxışını, həm də elmi-tədqiqatla məşğul olmasını dəstəkləyəcək. Doktorantlara ayrılan 450 manatlıq təqaüd isə gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətli irəliləyişdir.
Bu təqaüd siyasəti eyni zamanda təhsildə motivasiya və rəqabət mühitini gücləndirir. Akademik göstəricilərlə fərqləndirilmiş təqaüd sisteminin tətbiqi tələbələri daha məsuliyyətli olmağa, yüksək nəticələr göstərməyə təşviq edir. Bu da son nəticədə ali və orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Təhsildə bu cür nəticəyönümlü yanaşma, tələbənin bilik və bacarığının sosial rifahla birbaşa əlaqələndirilməsi müasir dünyanın ən qabaqcıl təhsil sistemlərində belə hələ tam şəkildə tətbiq olunmur.
Prezident İlham Əliyev gənclərə, təhsil alanlara sadəcə sosial qrup kimi deyil, ölkənin gələcəyini daşıyan strateji resurs kimi yanaşır. Onun təhsil islahatlarında əsas məqsəd savadlı, düşünən, innovativ, vətənpərvər və rəqabətə davamlı vətəndaşların yetişdirilməsidir. Bu təqaüd artımı da bu məqsədə xidmət edən ardıcıl siyasətin bir hissəsidir.
Nəticə etibarilə, bu qərar bir daha göstərir ki, Prezident İlham Əliyev təhsili və gəncləri yalnız siyasi ritorikada deyil, konkret qərar və maliyyə dəstəyi ilə prioritet mövqeyə çıxarır. Təhsilə bu qədər dəyər verən, tələbəni bu səviyyədə dəstəkləyən dövlət başçısı dünyada azdır. Bu, təkcə maddi yardım deyil, gənclərə inamın, etimadın və gələcəyə sərmayənin göstəricisidir. Azərbaycan gəncliyi bu diqqəti dəyərləndirəcək, ölkənin inkişafında öz rolunu daha da gücləndirəcək. Prezident İlham Əliyevin təhsilə qayğısı bir daha sübut edir ki, bu dövlətin əsas dayağı insan kapitalı, onun da əsas təminatçısı isə vicdanlı və strateji düşüncəli rəhbərlikdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1145 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista
16:13 158 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
18:00 83 Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin
09.10.2026 316 "Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki
12:07 250 Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 157 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
17:10 140 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
17:50 90 Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
09.10.2026 326 Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi
Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə
10:34 206