Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?

Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259 milyon 390 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1.712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23.4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2.25 faizini, ixrac isə ümumi ixracın 0.01 faizini təşkil edib.

Maraqlıdır, dərmana çəkilən xərclər niyə davamlı olaraq artır? Getdikcə daha çox xəstələnirikmi, yoxsa qiymətlər bahalaşır? Ümumiyyətlə, mövcud bazarda vəziyyəti necə qiymətləndirmək olar?

Milli.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Yerli istehsalın genişləndirilməsinə ehtiyac var"

İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin 90-95 faizi xaricdən gətirilir. Bu vəziyyət hər il çəkilən xərclərin artmasına səbəb olur: "Ona görə yerli istehsala ciddi diqqət ayrılmalıdır. Məsələn, Türkiyə dünyada tanınmış dərman istehsalçısı ölkələrindəndir. Bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmək olar ki, burada öz şəbəkələrini açsınlar. Bazar genişdir, 10 milyondan çox əhalimiz var. Eyni dərmanları gəlib burada istehsal etsinlər". R.Quliyev qeyd edir ki, dövlət artıq bu sahədə əlverişli imkanlar yaradıb. İndi isə sahibkarların təşəbbüs göstərməsi vacibdir: "Hər şeyi dövlət etməməlidir. İran şirkətləri artıq burada istehsala başlayıblar. Türkiyə şirkətləri də gəlib həm istehsal, həm də satışla məşğul ola bilərlər. Yerli istehsalın inkişafı dərman qiymətlərinə də təsir edə bilər. Əgər bu baş tutsa, bir çox dərman vasitələrinin qiymətində 40-45 faizədək azalma müşahidə oluna bilər".

Xərcləri artıran üç əsas amil

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman bazarındakı dəyişikliklərin yalnız ölkədaxili deyil, qlobal proseslərlə bağlı olduğunu vurğulayır: "Dərmanların çeşidi artır, ayrı-ayrı ölkələrdən gələn dərmanların sayında da artım var. Bu, qiymətlərə təsir edir. Eyni zamanda, inflyasiyaya uyğun olaraq artım var. Digər tərəfdən, müəyyən qədər əhali artımı var və dərmanlara olan tələbat getdikcə artmaqdadır. Bu üç amil dərmanların qiymətinə təsir edir. Dərmanlarda qiymət artımı Avropa ölkələrində də müşahidə edilir. Biz bu barədə məlumatlıyıq. Sadəcə, orada bütün tibbi xərcləri icbari tibbi sığorta qarşıladığına görə vətəndaşlar qiymət artımını o qədər hiss etmirlər. Bizdə də bu modelə keçid vacibdir".

"Vergi yükü problemlər yaradır"

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev hesab edir ki, dərman idxalına çəkilən xərclərin artması sahibkarların üzləşdikləri çətinliklərdən qaynaqlanır. Onun sözlərinə görə, əsas problem isə Tarif Şurasının müəyyən etdiyi qiymət siyasətidir: "Xarici istehsalçılar Azərbaycan bazarını kiçik və qeyri-cəlbedici hesab etdiklərindən məhsullarını aşağı qiymətlə təqdim etmək istəmirlər. Əgər bir dərmanın satış qiyməti bir manatdırsa və istehsalçının təklif etdiyi qiymət də bir manata bərabərdirsə, bu, sahibkar üçün sərfəli deyil. Nəticədə həmin məhsulun idxalı dayandırılır və bazarda qıtlıq yaranır. Eyni zamanda, qeydiyyatsız və qeyri-legitim dərman vasitələrinin artmasına səbəb olur. Xəstələr ehtiyac duyduğu dərmanları apteklərdə tapa bilmirlər. İmkanı olanlar onları xaricdən gətizdirir, olmayanlar isə vasitəçilərə müraciət edir. Bu isə qanuni ticarətin zəifləməsinə və nəzarətsiz bazarın formalaşmasına gətirib çıxarır".

A.Xudiyev onu da bildirir ki, qeydiyyat prosedurlarının çətin və uzunmüddətli olması yeni dərman məhsullarının Azərbaycana daxil olmasını əngəlləyir: "Bu həm də bazarda rəqabəti azaldır".

Assosiasiya rəhbəri dərman vasitələrinin ƏDV-dən azad edilməsini vacib sayır. O, bu yükün həm sahibkar, həm də vətəndaş üçün ciddi problem olduğunu vurğulayır: "Dərman strateji məhsuldur, bir çox ölkələrdə ƏDV-dən azaddır. Bizdə isə həm vətəndaş, həm də sahibkar bu yükü daşıyır. İcbari tibbi sığorta dərmanları ƏDV-siz alırsa, vətəndaş niyə ƏDV ödəməlidir? Bu təzad aradan qaldırılmalıdır".

Yeni dərmanlara çıxış məhduddur

Hazırda qeydiyyat və vergi problemləri səbəbindən bir çox əczaçılıq şirkətləri dərman idxalından çəkinərək qida əlavələrinə üstünlük verməyə başlayıblar. Assosiasiya rəhbəri bu meyili təhlükəli hesab edir: "Qida əlavələri dərman deyil və xəstənin müalicəsində effektiv nəticə vermir. Sadəcə prosedur baxımından daha rahat olduğu üçün şirkətlər ora yönəlirlər. Bu, həm həkimləri, həm xəstələri səhv yola aparır. Bu hal birbaşa olaraq vətəndaşın sağlamlığına təsir göstərir. Çünki düzgün dərman müalicəsi əvəzinə, effektivliyi elmi əsaslarla sübut olunmamış qida əlavələrindən istifadə artır".

A.Xudiyev bildirir ki, dünya dərman sənayesi sürətlə inkişaf etsə də, Azərbaycan bu proseslərdən kənarda qalır: "Dünyada hər ay onlarla yeni dərman qeydiyyata alınır. Lakin biz bu məhsullara çıxış əldə edə bilmirik. Nə istehsalçı, nə idxalçı üçün bu bazar cəlbedici deyil. Bu vəziyyət həm səhiyyə sisteminə, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Çünki nəzarətsiz şəkildə daxil olan məhsullar həm keyfiyyət baxımından şübhəlidir, həm də vergi və rüsum ödəmədən daxil olurlar".

Assosiasiya rəhbəri qeyd edir ki, bu problemlərlə bağlı dövlət qurumları ilə müxtəlif görüşlər keçirilib, lakin konkret nəticə yoxdur: "Müzakirələr masa arxasında qalır. Strateji qərarlar verilmir. Məsələn, hələ də gözləyirik ki, icbari tibbi sığorta ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təchizatını həyata keçirəcək. Verilən qərarlar icra olunsa, vətəndaşlara çox böyük dəstək olar. Hələ ki, icra olunmur. Biz istəyirik ki, sözlərlə yox, real addımlarla dəyişiklik olsun. Sahibkar razı qalarsa, vətəndaş da razı qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 27 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 171
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

09.10.2026 223
.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

09.10.2026 303
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 441
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

14:30 99
.

Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi

Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə

10:34 181
.

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya

09.10.2026 278
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

09.10.2026 268
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 196
.