"Monetri" və "TBC Kredit" BOKT-un birləşməsi ilə bağlı müqavilə imzalanıb

"Monetri" və "TBC Kredit" BOKT-un birləşməsi ilə bağlı müqavilə imzalanıbMikromaliyyə sektorunun iki əsas iştirakçıları olan "Monetri" bank olmayan kredit təşkilatı (BOKT) və "TBC Kredit" BOKT-un birləşməsi üzrə müqavilə imzalanıb. Birləşmə "TBC Kredit Azərbaycan"ın səhmdarı olan "TBC Bank" (Gürcüstan) tərəfindən səhmlərin "Monetri" BOKT-a satılması ilə baş verib. 29 iyul 2025-ci il tarixdə Tbilisi şəhərində "TBC Bank Gürcüstan"ın baş direktoru Vaxtanq Butsxiridze və "Monetri" BOKT-un müşahidə şurasının üzvü Yusif Abdullayev arasında səhmlərin alqı-satqısı üzrə müqavilə imzalanıb.

"TBC Kredit" isə 1999-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və mikromaliyyə bazarının ilk iştirakçılarından və yaradıcılarından biri hesab olunur. 2013-cü ildən etibarən ölkədə fəaliyyət göstərən "Monetri" BOKT 25 milyonluq aktivlərinin həcminə görə mikromaliyyə bazarında öncül mövqelərdən birini tutmaqdadır.

Bu iki BOKT-un aktivlərinin birləşməsi nəticəsində "Monetri BOKT" MMC mikro maliyyə sektorunda təxminən 40 milyon manata yaxın aktiv portfeli ilə fəaliyyət göstərəcək və bazar payını əhəmiyyətli dərəcədə artıracaqdır. Birləşmənin əsas məqsədi resursların birləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu addım həmçinin regionlarda daha geniş maliyyə əlçatanlığı təmin edəcək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, birləşmiş komanda təcrübə və peşəkarlıq baxımından mikro maliyyə sektorunda güclü sinerji yaradaraq innovativ məhsul və xidmətlərin inkişafına təkan verəcək.

"TBC Kredit" müştəriləri kredit öhdəliklərini rahat şəkildə "TBC Kredit"in baş ofisinə və ya "Monetri" BOKT-un bütün filial və nümayəndəliklərinə yaxınlaşaraq yerinə yetirə və kreditlərini yeniləyə bilərlər. Eyni zamanda, "Monetri" BOKT-un "*0525" qısa nömrəli qaynar xəttinə zəng edərək, "TBC Kredit" müştəriləri cari kreditləri və digər məhsul və xidmətlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu yanaşma birləşmədən sonra müştəri məmnuniyyətini qorumağa və xidmətlərin fasiləsizliyini təmin etməyə yönəlib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

09.10.2026 328
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

09.10.2026 293
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

09.10.2026 309
.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

09.10.2026 300
.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

09.10.2026 367
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 268
.

Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti

"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva

13:57 133
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 196
.

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi

"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib

09.10.2026 350
.