"Azəriqaz"ın əməkdaşını qız söhbətinə görə döyən şəxslə bağlı QƏRAR
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Ziyad Bayramovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Sabirabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərarı ləğv olunub. Sabirabad Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli hökmü mülki iddianın maddi zərər hissəsində dəyişdirilib. Mülki iddia maddi zərərin tələbinə dair hissədə baxılmamış saxlanılıb.
İttihama görə, hadisə 29 may 2024-cü il tarixdə, saat 13 radələrində Sabirabad rayonu Güdəcühür kəndində qeydə alınıb.
Belə ki, Ziyad Bayramov həmkəndlisi, zərərçəkmiş Qulu Tahirova (adı, soyadı şərtidir) məxsus "Mercedes-Benz" markalı avtomobilin içərisində onunla aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Buna səbəb isə Qulunun onunla sevgi münasibətində olan həmkəndlisi S.S.-i narahat etməsi olub. Bu zaman Ziyad qəsdən yumruğu ilə zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarət yetirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, iki il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd: Qulu Tahirov "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad Rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1077 Tarix: 30 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHande Erçel iranlı rejissorun yeni filmində baş rolda
Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr
09.10.2026 302 Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10:42 182 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 283 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
09.10.2026 219 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 270 Melike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 148 Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya
09.10.2026 277 Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid
"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını
09.10.2026 476 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
09.10.2026 350