Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdiABŞ prezidenti Donald Trampın Vladimir Putinə ultimatumu dərhal dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub və bu qiymətləri aylıq maksimuma çatdırıb, lakin ertəsi gün kotirovkalar bir qədər "sakitləşib".

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata görə, Brent markalı neftin fyuçersləri 10 sent ucuzlaşaraq bir barel üçün 71,58 dollar olub. Amerikanın WTI markalı nefti 11 sent ucuzlaşaraq 69,11 dollar/barelə düşüb. Bununla belə, kotirovkalar indi artıma qayıdıb.

"Reuters" xəbər verir ki, hər iki neft etalonu iyulun 29-da ticarət sessiyasını iyunun 20-dən bəri ən yüksək səviyyədə başa vurub.

Buna səbəb Trampın 10 gün ərzində Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı açıqlaması olub. Bundan əlavə, ABŞ-ın maliyyə naziri Skott Bessent Çinə Rusiya neftini almağa davam edəcəyi təqdirdə 100 faiz rüsumların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, rəsmi Pekin Rusiya xammalından imtina etməyə hazır olduğunu hələ nümayiş etdirməyib.

Vanda Insights tədqiqat firmasının təsisçisi Vandana Hari deyib: "Son günlərdə tətbiq edilən 4-5 dollar/barel tədarük riski mükafatının Putin güzəştə getmədiyi təqdirdə davam edəcəyi gözlənilir".

Bununla yanaşı, bazar Venesueladan neft ixracatında artım gözləməkdə davam edir ki, bu da qiymət artımını ləngidə bilər.

"Dövlət neft şirkəti PDVSA-nın xarici tərəfdaşları hələ də keçən həftə danışıqlardan sonra sanksiyalar altında ABŞ-ın ölkədə işləmək icazəsini gözləyirlər ki, bu da bazara bəzi tədarükləri qaytara bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

09.10.2026 229
.

Sabah yağış olmayacaq

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:37 1
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

09.10.2026 343
.

Almaniya Rusiyada şübhəli taun epidemiyası səbəbindən səyahət məhdudiyyətləri tətbiq edə bilər

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Yohann Vadeful Sibirdəki taun əleyhinə institutun bir əməkdaşının ölümündən sonra Rusiyadan tam şəffaflıq tələb edib. Teleqraf xəbər verir ki, Yohann Vadeful "Bild" qəzetinə müsahibəsində bildirib ki, Rusiya beynəlxalq ictimaiyyətin suallarına cava

09.10.2026 321
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 296
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

11:06 187
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

09.10.2026 223
.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki

12:07 152
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 260
.