Dövlət qurumu "WhatsApp" üzərindən yayılan iş elanları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Dövlət qurumu "WhatsApp" üzərindən yayılan iş elanları ilə bağlı XƏBƏRDARLIQ ETDİSon günlər bəzi sosial şəbəkə səhifələrində, habelə "WhatsApp" üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) adından müxtəlif məzmunlu iş elanlarının paylaşıldığı müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev məlumat yayıb.

"Bildiririk ki, həmin elanlar saxtadır və vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə onlardan vəsait oğurlanmasına yol aça bilər.

Vətəndaşları həmin yalan, saxta elanlara aldanmamağa, bu tipli naməlum mesajlar gəldikdə də cavab vermədən dərhal onları blok etməyə, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq", - məlumatda deyilir.

Qeyd olunur ki, nazirlik və onun tabeli qurumları tərəfindən elan edilən bütün rəsmi vakansiyalar yalnız "Əmək və Məşğulluq" altsistemində (emas.sosial.gov.az) yaradılmış vakansiya bankı vasitəsilə ictimaiyyətə təqdim olunur:

"Vətəndaşlara yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeli qurumlarının rəsmi kanallarında paylaşılmış məlumatlara etibar etmələrini tövsiyə edirik".

Dövlət qurumu "WhatsApp" üzərindən yayılan iş elanları ilə bağlı XƏBƏRDARLIQ ETDİ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

09.10.2026 302
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 182
.

Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın

09.10.2026 283
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

09.10.2026 219
.

İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi

İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt

09.10.2026 270
.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 148
.

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya

09.10.2026 277
.

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid

"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını

09.10.2026 476
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

09.10.2026 350
.