Zaxarovanın bəyanatı gündəm yaratdı – politoloq: "Rusiya imperialist mövqeyindən geri durmur"

Zaxarovanın bəyanatı gündəm yaratdı – politoloq: "Rusiya imperialist mövqeyindən geri durmur"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirdiyi halda bunun regionda yaratdığı potensial riskləri nəzərə almalarının vacibliyini vurğulayıb.

"Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər," – deyə Zaxarova bildirib.

Baxmayaraq ki, XİN rəsmisinin açıqlamasında açıq təhdid elementi yoxdur, bəyanatın mahiyyətindən Moskvanın Qafqazda Qərbə meyllərin qarşısını almağa və öz təsir dairəsini qorumağa çalışdığı aydın hiss olunur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev Zaxarovanın bəyanatını belə şərh edib:

Zaxarovanın bəyanatı gündəm yaratdı – politoloq: "Rusiya imperialist mövqeyindən geri durmur""Rusiya imperialist mövqeyindən geri çəkilmir. Hələ də Cənubi Qafqaz ölkələrinə keçmiş müstəmləkələri kimi yanaşır. Zaxarovanın açıqlamasında da bu yanaşma açıq şəkildə görünür. O, Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlığını təhlükə kimi təqdim edir və bunun regionda vəziyyəti gərginləşdirə biləcəyini iddia edir. Bu, faktiki olaraq Kremlin dolayısı xəbərdarlığıdır: ‘Əgər bizimlə hesablaşmadan Qərblə yaxınlaşsanız, nəticələrinə hazır olun’."

Politoloq hesab edir ki, bu kimi bəyanatlar xüsusilə də Azərbaycan kontekstində mənasızdır:

"Azərbaycan da, Ermənistan da NATO üzvü deyil və yaxın perspektivdə belə bir məsələ reallıqdan uzaqdır. Azərbaycan alyansa üzv olmağa maraq göstərmir, Ermənistan isə istəsə belə, bu prosesdə irəliləyə bilməz. Hər iki ölkənin NATO ilə əməkdaşlıq etdiyi proqramlar mövcuddur. Məsələn, ‘Sülh Naminə Tərəfdaşlıq’ proqramı bu baxımdan əhəmiyyətlidir. Əməkdaşlıq əsasən hərbi-texniki sahədə təlimlər və təhlükəsizlik üzrə təcrübə mübadiləsi ilə məhdudlaşır."

Rzayevin sözlərinə görə, Azərbaycanın NATO ilə münasibətləri Rusiyaya qarşı yönəlməyib:
Zaxarovanın bəyanatı gündəm yaratdı – politoloq: "Rusiya imperialist mövqeyindən geri durmur""Azərbaycanın alyansla əməkdaşlığı müasir ordu quruculuğu və təhlükəsizlik strukturlarının gücləndirilməsinə xidmət edir. Bu əməkdaşlıq heç vaxt Rusiyanın əleyhinə olmayıb. Digər tərəfdən, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, halbuki Ermənistan həm KTMT üzvüdür, həm də NATO ilə əməkdaşlıq edir."

Politoloq vurğulayıb ki, Azərbaycan xarici siyasətində müstəqildir və balanslı mövqe tutur:

"Bakı həm NATO ilə əməkdaşlıq edir, həm də Moskva ilə strateji tərəfdaşlığını qoruyur. Rusiya isə bu reallığı qəbul etmək əvəzinə, təhdid dili ilə çıxış edir. Azərbaycan suveren dövlətdir və öz xarici siyasi kursunu dəqiqlik, peşəkarlıq və strateji baxışla müəyyənləşdirir. Bu kurs nə təhdidlər, nə də diktə ilə dəyişməz."

Sonda politoloq Moskvanı daha sağlam yanaşmaya çağırıb:

"Rusiya bu ritorikadan əl çəkməli və qonşuları ilə əməkdaşlıq modelinə keçməlidir. Əks halda, qorxduğu başına gələ bilər. Hazırda Azərbaycanın NATO-ya üzvlük hədəfi olmasa da, Moskva ilə münasibətlərin daha da gərginləşməsi bu istiqamətdə yeni yanaşmalara səbəb ola bilər. Tarix bunu sübut edib — İsveç və Finlandiya kimi ölkələr NATO-ya üzv oldular, Rusiya isə sadəcə təhdid etməkdən uzağa gedə bilmədi. Kremlin bu cür siyasəti nəticədə Azərbaycanla Ermənistanı da alyansa yaxınlaşmağa vadar edə bilər."

"Əgər bu baş versə, Ermənistanın NATO-ya üzvlüyünə Fransa, Azərbaycanın üzvlüyünə isə Türkiyə dəstək verə bilər. Rusiya bu reallığı nəzərə almalı və ritorikasını müvafiq şəkildə dəyişməlidir," – politoloq əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 31 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.