Bu şəhərdə ölmək qadağan edildi - Qəbiristanlıqlarda yer yoxdur

Bu şəhərdə ölmək qadağan edildi - Qəbiristanlıqlarda yer yoxdurİspaniyanın Qranada vilayətində yerləşən Lanxaron şəhərində artıq 25 ildən çoxdur ki, qeyri-adi bir qanun qüvvədədir - ölmək qadağandır. Əvvəlcə zarafat kimi səslənsə də, bu qərarın arxasında ciddi və real bir səbəb dayanır - qəbiristanlıqda yer çatışmazlığı.

Lent.az xarici mediaya istinadən bu qərarın kökü barədə məlumat verir.

1999-cu ildə o dövrün meri Xose Rubi, Lanxaronun yeganə qəbiristanlığında yer qalmadığı üçün rəsmi olaraq ölümün qadağan edildiyini bildirən simvolik bir qərar imzaladı. Həmin sənəddə vətəndaşlardan "yeni qəbiristanlıq yaradılana qədər öz sağlamlıqlarına maksimum dərəcədə diqqət yetirmələri və ölməmələri" xahiş olunurdu.

Mer bu addımı problemi ictimailəşdirmək və diqqəti cəlb etmək məqsədilə atmışdı. Hökumətin dərhal tədbir görmədiyi şəraitdə, bu absurd görünsə də, effektli simvolik qərar ictimaiyyətdə geniş rezonans doğurdu.

Bu qeyri-adi qadağa haqqında xəbər beynəlxalq mediada geniş yayılaraq, kiçik və sakit Lanxaron şəhərini jurnalistlərin və turistlərin maraq dairəsinə çevirdi. Qanun rəsmi hüquqi qüvvəyə malik olmasa da, Lanxaronun rəmzi və tanıdıcı simvoluna çevrilib.

Problemin son vəziyyəti və turist marağı
Aradan 25 ildən çox zaman keçsə də, Lanxaron hələ də eyni qəbiristanlıqdan istifadə edir və yeni qəbir sahəsinin yaradılması ilə bağlı rəsmi məlumat hələ də yoxdur.

Hazırda Lanxaron təxminən 4 min nəfərlik əhalisi olan, sakit və rahatlığı ilə seçilən turistik bir yaşayış məntəqəsidir. Mineral su mənbələri ilə məşhur olan şəhər, səs-küylü Barselona və Mayorka kimi kurortlara alternativ olaraq seçilir.

Ölümə qadağa qoyulan tək şəhər deyil
Maraqlıdır ki, dünyada ölümə simvolik və ya praktiki qadağa qoyulan tək yer Lanxaron deyil. Məsələn, Norveçin Şpisbergen adasında yerləşən Lonqyerbyen şəhərində də 1950-ci illərdən bəri dəfn məhdudiyyətləri tətbiq olunur. Burada əbədi donuşluq şəraiti səbəbindən meyitlər çürümür. Bu isə sanitariya problemləri yarada biləcəyindən, ağır xəstə insanlar adadan əvvəlcədən köçməyə təşviq edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak

11:20 94
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 131
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

09.10.2026 337
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10:00 131
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

09.10.2026 266
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 224
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 179
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

09.10.2026 195
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

09.10.2026 257
.