Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasında fəal iştirak edən ölkələrdən biri olduğunu göstərir".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi qoşulması Mərkəzi Asiya regionunun geosiyasi və iqtisadi baxımdan genişlənməsi, əməkdaşlıq coğrafiyasının Cənubi Qafqaza qədər uzanması deməkdir:

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar"Bu, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, regional təşəbbüslərinin və strateji tərəfdaşlıq imkanlarının göstəricisidir.
Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Ötən il ölkəmizin region dövlətləri ilə ticarət dövriyyəsində 50 faiz artım qeydə alınması iqtisadi əməkdaşlığın genişləndiyini göstərir. Bununla belə, mövcud potensial daha böyükdür. Yaxın gələcəkdə qarşılıqlı ticarətin, investisiyaların və birgə istehsal layihələrinin genişlənməsi ilə iqtisadi əlaqələrimizdə yeni mərhələnin başlanacağının şahidi ola bilərik. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bu ilin ilk səkkiz ayında ölkəmizin ərazisindən keçən Orta Dəhliz üzrə daşımaların həcmində 20 faiz artımın qeydə alınması marşruta beynəlxalq marağın yüksəldiyini göstərir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağı rolunu daha da gücləndirir. Bu baxımdan, Orta Dəhlizin imkanlarının genişləndirilməsi region ölkələrinin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını da asanlaşdırır".

Müsahibimiz əlavə edib ki, investisiya əməkdaşlığı da münasibətlərimizin mühüm istiqamətlərindən biridir:

"Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların yüz milyonlarla dollarla ölçülən kapitalı birgə layihələrin maliyyələşdirilməsi, istehsal imkanlarının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması üçün əlverişli şərait yaradır. Enerji sahəsində əməkdaşlığımız da strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkmənistan və Qazaxıstan neftinin beynəlxalq bazarlara nəqlində mühüm tranzit ölkə kimi çıxış edir. Bununla yanaşı, Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirəcək Rəqəmsal İpək Yolu layihəsi regionlararası rəqəmsal bağlantıların gücləndirilməsi baxımından böyük perspektivlər vəd edir. Bu infrastrukturun inkişafı Avropa ilə Asiya arasında məlumat mübadiləsinin genişlənməsinə və rəqəmsal iqtisadiyyat sahəsində yeni imkanların yaranmasına töhfə verəcək. Bərpa olunan enerji sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdəndir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əldə olunmuş razılaşmalar regionda istehsal edilən bərpa olunan enerjinin Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar açır. Bu təşəbbüs həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də yaşıl enerji keçidinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Azər Badamov vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, süni intellekt, rəqəmsal texnologiyalar, qida sənayesi, tekstil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları genişdir:

"Mövcud siyasi etimad və qarşılıqlı maraqlar bu imkanların reallaşdırılması üçün əlverişli zəmin yaradır. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin regional proseslərdə rolunu daha da gücləndirir. Bu iştirak siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat və enerji layihələrinin inkişafına, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Ən əsası, bu format Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq körpüsü kimi daha da möhkəmləndirir və ölkəmizin regional təşəbbüslərin formalaşmasında fəal iştirakını təmin edir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 158   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

10:47 143
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

17:06 68
.

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy

12:16 205
.

Əcnəbiyə uran satmaq istəyən şəxs saxlanıldı

Gürcüstanda uran-238-i əcnəbiyə satmağı planlaşdıran şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Interpressnews məlumat yayıb. Məlumata görə, şübhəli şəxs radioaktiv maddənin satışından 700 min dollar əldə etməyi planlaşdırıb. Hesabatda bildirilir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyya

10:55 183
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

17:19 2
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

10:41 172
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 86
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 147
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 105
.