Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır
"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsindən sonra Bakı ilə region ölkələri arasında münasibətlər ikitərəfli əlaqələrdən daha geniş, institusional xarakter almağa başlayıb".
Bu sözləri BiG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından İlqar Əliyev bildirib. O qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətlərində son dövrdə siyasi dialoqun intensivləşməsi diqqət çəkir:
"2025-ci ildə iki ölkə liderlərinin qarşılıqlı səfərləri, 2026-cı ildə isə xarici işlər nazirləri səviyyəsində davam edən təmaslar münasibətlərin strateji tərəfdaşlıq çərçivəsində dərinləşdirildiyini göstərir. Tərəflər iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, Xəzər dənizi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirirlər. Bu münasibətlərdə ən mühüm istiqamətlərdən biri nəqliyyat və tranzitdir. Türkmənistanın Mərkəzi Asiyanın dərinliklərinə, Azərbaycanın isə Cənubi Qafqaz və Avropaya çıxış imkanları iki ölkəni təbii tranzit tərəfdaşına çevirir. Xəzər dənizi bu baxımdan birləşdirici platformaya çevrilir. Bakı-Türkmənbaşı xətti və daha geniş mənada Orta Dəhliz Mərkəzi Asiya ilə Avropa arasında alternativ logistika bağlantılarının inkişafında mühüm rol oynaya bilər. Türkmənistan tərəfi də Azərbaycanla nəqliyyat və tranzit əməkdaşlığının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qiymətləndirir".
Müsahibimiz vurğulayıb ki, enerji əməkdaşlığının da xüsusi çəkisi var:
"Türkmənistan böyük enerji resurslarına malik ölkə, Azərbaycan isə enerji resurslarının ixracı və beynəlxalq enerji-nəqliyyat infrastrukturu baxımından mühüm mövqeyə sahib dövlətdir. Buna görə iki ölkənin əməkdaşlığı təkcə ikitərəfli enerji layihələri ilə məhdudlaşmır, həm də potensial olaraq Mərkəzi Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxarılması üçün daha geniş regional imkanlar yaradır.
Digər tərəfdən, münasibətlərin gündəliyi artıq yalnız iqtisadi məsələlərlə də məhdudlaşmır. Avaza görüşündə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişiklikləri və ekoloji problemlərin xüsusi vurğulanması göstərir ki, Bakı və Aşqabadın ortaq gündəliyində yeni çağırışlar da ön plana çıxır. Odur ki, Azərbaycan-Türkmənistan münasibətlərinin əsas xüsusiyyəti onların ikili və regional xarakteri eyni vaxtda daşımasıdır. Bakı üçün Türkmənistan Mərkəzi Asiyaya çıxış baxımından mühüm tərəfdaş, Aşqabad üçün isə Azərbaycan Xəzər üzərindən Qərbə və Cənubi Qafqaza açılan əsas bağlantılardan biridir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 103 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPapuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı
11:03 154 Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə
13:32 177 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 99 Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
08.10.2026 261 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 305 Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
10:04 181 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 329 Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
10:10 131 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 274