Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığın məntiqi nəticələrindən biridir".

Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi sərhçi, politoloq Mətin Hüseynov bildirib. O qeyd edib ki, Azərbaycanın üzv dövlətlərin yekdil dəstəyi ilə Mərkəzi Asiya və Azərbaycan Məşvərətçi Şurasına sədr seçilməsi isə bu prosesin ən mühüm siyasi nəticələrindən biri sayılmalıdır:

"Daha mühüm məqam ondan ibarətdir ki, növbəti Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Bu qərar təkcə növbəti tədbirin ünvanının müəyyənləşdirilməsi deyil, həm də Azərbaycanın regional əməkdaşlıqda artan çəkisinə, ölkəmizə göstərilən yüksək etimada və Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətlərinə verilən siyasi qiymətdir. Azərbaycanın bu platformaya qoşulması əslində uzun illər ərzində aparılan məqsədyönlü xarici siyasətin nəticəsidir. 2018-ci ildə Qazaxıstanın Astana şəhərində əsası qoyulan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü əvvəlcə beş dövlətin əməkdaşlıq formatı kimi formalaşsa da, Azərbaycanın tamhüquqlu iştirakı ilə yeni mərhələyə qədəm qoydu. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi ilə əvvəlki C5 formatı faktiki olaraq C6 əməkdaşlıq modelinə çevrildi. Bu, Azərbaycanın region üçün hansı strateji əhəmiyyətə malik olduğunun mühüm göstəricisidir".

Politoloq əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizinin digər sahilində yerləşən ölkə kimi bu regionla tarixən və geosiyasi baxımdan sıx bağlıdır:

"Ortaq türk kökləri, tarixi-mədəni yaxınlıq, qarşılıqlı siyasi etimad, iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya imkanları Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii əlaqələndirici mərkəzə çevirir. Bu baxımdan Azərbaycanın Məşvərətçi Şuraya sədr seçilməsi tamamilə məntiqli və eyni zamanda ölkəmizin regional nüfuzunun növbəti təsdiqidir. Burada xüsusi diqqət çəkən məqam Azərbaycanın üzv dövlətlərin yekdil dəstəyi ilə sədr seçilməsidir. Yəni bu qərar yalnız protokol xarakterli seçim deyil. Bu, Mərkəzi Asiya ölkələrinin Azərbaycana olan siyasi etimadının, Prezident İlham Əliyevin həyata keçirdiyi regional siyasətə verdikləri yüksək qiymətin və Bakı ilə münasibətlərdə qarşılıqlı etimadın konkret ifadəsidir. Azərbaycan bu ölkələr üçün yalnız mühüm iqtisadi və nəqliyyat tərəfdaşı deyil, həm də etibarlı siyasi tərəfdaşdır. Sədrliyin Azərbaycana həvalə olunması məhz bu etimadın institusional müstəviyə daşındığını göstərir. Üstəlik, növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm diplomatik hadisə olacaq. Mərkəzi Asiyanın dövlət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanı Xəzərin qərb sahilində yerləşən mühüm regional dialoq platformasına çevirəcək. Bu, Bakı üçün həm siyasi, həm iqtisadi, həm də nəqliyyat və enerji gündəmini daha geniş şəkildə təşviq etmək baxımından yeni imkanlar deməkdir".

Müsahibimiz vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi, logistikanın təkmilləşdirilməsi, enerji və yaşıl enerji layihələri, rəqəmsal transformasiya, investisiya və humanitar əlaqələr kimi istiqamətlərin daha da ön plana çıxması gözlənilir:

"Əslində Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin bugünkü səviyyəsi təsadüfi deyil. Son illərdə Bakı bütün region ölkələri ilə siyasi dialoqu sistemli şəkildə genişləndirib, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər intensivləşib, iqtisadi və investisiya əlaqələri dərinləşib. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsi nəticəsində Azərbaycan həmin dövlətlərin hər biri ilə ikitərəfli əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. İndi bu münasibətlər çoxtərəfli platformada da öz real nəticəsini göstərir. Bu əməkdaşlığın əsas sütunlarından biri isə nəqliyyatdır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu, Ələt qovşağı və digər nəqliyyat imkanları Xəzərin şərq sahilində yerləşən ölkələrlə Avropa arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət qazanması fonunda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin eyni platformada təmsil olunması bu marşrutun inkişafı üçün əlavə siyasi və institusional imkanlar yaradır. Beləliklə, Xəzərin iki sahilində yerləşən dövlətlər arasında əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, real iqtisadi və logistika layihələri ilə tamamlanır. Enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Azərbaycan öz enerji resursları ilə yanaşı, enerji nəqli infrastrukturu və Avropa enerji bazarlarına çıxış imkanları ilə Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır. Xəzər hövzəsində enerji potensialının səmərəli istifadəsi, elektrik enerjisinin və yaşıl enerjinin ixracı, bərpaolunan enerji layihələrinin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında gələcək əməkdaşlığın ən perspektivli istiqamətlərindəndir".

Mətin Hüseynovun sözlərinə görə, başqa mühüm amil də ortaq tarix və mədəniyyətdir:

"Azərbaycan və Mərkəzi Asiya xalqlarını birləşdirən tarixi bağlar, türk dünyasının ortaq irsi və mədəni yaxınlıq siyasi və iqtisadi münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Təhsil, elm, mədəniyyət, turizm və gənclər sahəsində əlaqələrin genişləndirilməsi isə dövlətlər arasında münasibətləri yalnız hökumətlərarası səviyyədə deyil, xalqlar arasında da daha da dərinləşdirir.
Bütün bunların fonunda 2026-cı ilin xüsusi simvolik əhəmiyyəti də var. Bu il həm Azərbaycan Respublikasının, həm də Mərkəzi Asiya dövlətlərinin müstəqillik tarixində 35 illik yubiley mərhələsidir. Son 35 ildə hər bir ölkə öz inkişaf modelini formalaşdırıb, mürəkkəb tarixi-siyasi mərhələlərdən keçərək dövlətçiliyini möhkəmləndirib. Bu illər ərzində əldə edilən sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah hər bir dövlətin müstəqil inkişaf yolunun mühüm nəticələridir. Bu baxımdan yubiley ilində Azərbaycanın həmin ölkələrlə birlikdə regional əməkdaşlığın əsas platformalarından birinə sədrlik etməsi xüsusi siyasi məna daşıyır. Azərbaycanın müstəqilliyinin ilk illəri ilə bugünkü Azərbaycan arasında böyük fərq var. Bir vaxtlar ölkəmizin müstəqil dövlət kimi ayaqda qala bilməyəcəyini düşünənlər vardı. Prezident İlham Əliyevin Şuşa forumunda səsləndirdiyi tezis də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 144
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 249
.

Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli

10:44 148
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 263
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 156
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 154
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 157
.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

13:32 214
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 150
.