Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəzi Asiya ilə ticarəti artırmır, eyni zamanda regionu Avropa bazarlarına bağlayan nəqliyyat və logistika zəncirində öz rolunu gücləndirir".

Bu sözləri BiG.AZ-a açıqlamasında iqtisadçı ekspert Tufan Məmmədov bildirib. O qeyd edib ki, 2026-cı ildə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarətin 20 milyard dollara çatdırılması hədəfi də açıqlanıb:

"Ən real nəticələrdən biri Azərbaycanın tranzit və logistika gəlirlərinin artması ola bilər. Orta Dəhliz üzrə yükdaşımaların genişlənməsi Bakı limanı, dəmir yolu, logistika mərkəzləri, gömrük, anbar və digər xidmət sahələrinə tələbi artıracaq. Dünya Bankının 2026-cı il hesabatına görə, Trans-Xəzər marşrutuna lazımi investisiyalar qoyularsa, 2040-cı ilədək bu dəhliz üzrə ticarət həcmi üç dəfədən çox arta, region ölkələrinin ümumi ÜDM-i əlavə 3,3 faiz yüksələ və təxminən 2 milyon əlavə iş yeri yarana bilər. İnvestisiya baxımından da daha çox birgə müəssisələrin yaradılmasını gözləmək mümkündür. Xüsusilə kənd təsərrüfatı və ərzaq emalı, logistika, nəqliyyat, enerji, neft-kimya, tekstil, rəqəmsal texnologiyalar və sənaye sahələri perspektivli görünür. Azərbaycan İqtisadiyyat Nazirliyi də Mərkəzi Asiya ilə sənaye, logistika və infrastruktur üzrə birgə layihələrin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi göstərir.
Burada Azərbaycanın öz şirkətlərinin Mərkəzi Asiya bazarlarına çıxışı da əhəmiyyətlidir. Əgər əməkdaşlıq yalnız Mərkəzi Asiya məhsullarının Azərbaycandan tranzit keçirilməsi ilə məhdudlaşmasa, Azərbaycan şirkətləri Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər bazarlarda istehsal, logistika, tikinti, xidmət və ticarət layihələrinə daxil ola bilərlər. Bu isə Azərbaycan kapitalının xaricdə yerləşdirilməsini və yerli şirkətlərin regional biznesə çevrilməsini sürətləndirə bilər.
Ticarətdə isə əsas məsələ sadəcə dövriyyənin artması deyil, ixracın strukturunun dəyişməsidir".

Ekspertin fikrincə, Azərbaycanın Mərkəzi Asiyaya daha çox qeyri-neft məhsulları, ərzaq, kənd təsərrüfatı məhsulları, tikinti materialları, kimya və sənaye məhsulları çıxarması üçün imkanlar genişlənə bilər:

"Bu, neft-qazdan kənar ixracın artırılması baxımından xüsusilə vacibdir. BVF də Azərbaycanın ixracının hələ də karbohidrogenlərdən yüksək dərəcədə asılı olduğunu və logistika imkanlarının genişləndirilməsinin diversifikasiya üçün mühüm olduğunu vurğulayır. Yeni iş yerləri məsələsində isə əsas effekt birbaşa dövlət sektorunda deyil, özəl sektorda yarana bilər. Logistika, anbar, yükdaşıma, gömrük xidmətləri, sığorta, bankçılıq, turizm, İT və elektron ticarət kimi sahələrdə yeni iş yerlərinin yaranması mümkündür. Eyni zamanda sənaye və aqrar layihələr reallaşarsa, regionlarda da məşğulluğun artmasına şərait yarana bilər. Amma bunun üçün təkcə siyasi münasibətlərin yaxşı olması kifayət deyil. Nəqliyyat xərclərinin aşağı salınması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, yükdaşımaların sürətləndirilməsi və özəl investorlara daha əlverişli şərait yaradılması lazımdır. Əks halda Mərkəzi Dəhlizin üzərindən keçən yükün artması Azərbaycan iqtisadiyyatına böyük əlavə dəyər yaratmadan yalnız tranzit xidmətləri ilə məhdudlaşa bilər. Ona görə yaxın illər üçün əsas hədəf "Mərkəzi Asiyadan Azərbaycandan keçən malların həcmini artırmaq" deyil, "bu ticarətdən Azərbaycanda daha çox əlavə dəyər yaratmaq" olmalıdır. Yəni Azərbaycan tranzit ölkədən logistika, istehsal və investisiya platformasına çevrilə bilsə, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi iqtisadi artıma, qeyri-neft ixracına, özəl investisiyalara və yeni məşğulluğa daha ciddi təsir göstərə bilər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 85   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı

11:03 154
.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

13:32 177
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 99
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 261
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 305
.

Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir

Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz

10:04 181
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 329
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 131
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 274
.