Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
"Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.
Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycanın Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.
***
Bu gün, həmçinin Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul verilib və konsert proqramı təşkil olunub.
Prezident İlham Əliyev tədbirdə iştirak edib.






















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
21:17 90 İdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü
Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs
20:00 147 İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi
19:25 152 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
16:04 403 Sezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
14:54 247 ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik
ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin
21:45 30 Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc
14:17 241 Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video
Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama
17:14 823 "Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
15:23 348