Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm strateji körpü rolunu oynayır".

Bu sözləri BiG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Türkmənistan Türk dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, Mərkəzi Asiyanın mərkəzində yerləşən, zəngin təbii resurslara malik mühüm strateji dövlətdir:

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan Xəzər dənizinin iki sahilində yerləşən qardaş və dost ölkələrdir. Orta Dəhlizin inkişafı, Transxəzər marşrutunun səmərəli fəaliyyət göstərməsi və Türkmənistanın dəniz limanları vasitəsilə yükdaşımaların genişləndirilməsi iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Orta Dəhlizin geosiyasi və iqtisadi əhəmiyyətinin artması fonunda Azərbaycan-Türkmənistan əməkdaşlığı xüsusi önəm kəsb edir. Deputatın sözlərinə görə, Xəzər üzərindən keçən marşrut Mərkəzi Asiya ilə Azərbaycan və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsinə imkan yaradır".

Müsahibimiz əlavə edib ki, Türkmənistanın enerji resurslarının da Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər yaradır:

"Neft-qaz, bərpaolunan enerji, elektrik enerjisi, yaşıl enerji və yaşıl hidrogen istiqamətlərində birgə layihələrin həyata keçirilməsi mümkündür. Azərbaycan-Türkmənistan əməkdaşlığı təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Türk dünyasının inkişafı baxımından əhəmiyyətlidir. İki ölkə arasında əlaqələrin güclənməsi Türk dünyasının iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə də xidmət edir. Türkmənistanın Mərkəzi Asiyada yerləşməsi onun Azərbaycan üçün strateji əhəmiyyətini daha da artırır. Bu coğrafiya vasitəsilə Mərkəzi Asiyaya, Əfqanıstan üzərindən isə Cənubi Asiya istiqamətinə çıxış imkanları mövcuddur.
Gələcəkdə Azərbaycan-Türkmənistan əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi mümkündür. Buraya nəqliyyat və enerji layihələri ilə yanaşı, rəqəmsal texnologiyalar, süni intellekt, yüksək texnologiyalar və nadir metallar sahəsində əməkdaşlıq da daxildir.
Türkmənistan-Azərbaycan qardaşlığının inkişafı üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq həm iki ölkənin, həm də bütövlükdə regionun strateji əhəmiyyətinin daha da artmasına şərait yaradır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

10:46 149
.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 126
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

10:14 158
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

14:23 0
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

08.10.2026 246
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 236
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 327
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 359
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 260
.