Bir əsrlik sirr açıldı: 1918-ci ilin "ispan qripi" virusu haqqında nə tapıldı?

Bir əsrlik sirr açıldı: 1918-ci ilin "ispan qripi" virusu haqqında nə tapıldı?Alimlər XX əsrin ən ölümcül pandemiyasına səbəb olmuş 1918-ci il qrip virusunun genetik sirrini nəhayət ki, aça biliblər.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Bazel və Sürix universitetlərindən olan tədqiqatçılar bu tarixi virusun genomunu deşifrə edərək onun insanlara necə uyğunlaşdığını və yayılma mexanizmini izah edən mühüm kəşf ediblər.

20-100 milyon insanın həyatına son qoyub

1918–1920-ci illərdə baş verən və "ispan qripi" kimi tanınan pandemiya dünyada 20 milyondan 100 milyonadək insanın ölümünə səbəb olub. Lakin bu virusun necə dəyişdiyi və insanlara necə uyğunlaşdığı illər boyu qaranlıq qalıb.

"The Daily Galaxy" nəşrinin yazdığına görə, paleogenetik Verena Şünemannın rəhbərlik etdiyi araşdırma bu sahədə dönüş nöqtəsi hesab olunur. Tədqiqatçılar virusun RNT-sini Sürix Universitetinin Təkamül Təbabəti İnstitutunda qorunub saxlanılan, formallinlə mühafizə olunmuş toxumadan çıxarıblar. Məlum olub ki, virus pandemiyanın əvvəllərindən etibarən insan orqanizminə uyğunlaşmaq üçün mühüm genetik dəyişikliklərə sahib imiş.

Üç əsas mutasiya aşkarlandı

Araşdırma zamanı 1918-ci ilə aid İsveçrə ştamında üç əsas mutasiya müəyyən olunub. Verena Şünemann bildirib:

"Bu, 1918–1920-ci illərdə İsveçrədə yayılmış pandemiya virusunun genetik koduna ilk dəfə tam çıxış əldə etdiyimiz haldır. Bu da Avropada pandemiyanın ilk mərhələsində virusun necə adaptasiya olunduğunu anlamağa imkan verir".

Bu mutasiyalardan ikisi insanın immun sisteminin vacib antivirus mexanizminə qarşı virusun daha davamlı olmasını təmin edib. Normalda bu mexanizm heyvandan insana keçən virusları əngəlləyir. Üçüncü mutasiya isə virusun membranında yerləşən bir zülalı dəyişərək onun insan hüceyrələrindəki reseptorlara daha möhkəm bağlanmasına səbəb olub.

Qədim RNT-nin araşdırılmasında inqilabi metod

Qrip virusları sabit DNT deyil, parçalanmağa daha meyilli olan RNT ilə məlumat daşıyır. Bu səbəbdən qədim qrip viruslarının RNT-sini uzun illər boyunca öyrənmək çox çətin olub. Sürix Universitetindən tədqiqatın əsas müəllifi Kristian Urban deyib:

"Qədim RNT yalnız çox xüsusi şəraitdə uzun müddət qorunub qala bilir. Bu səbəbdən biz, konservləşdirilmiş toxumalardan qədim RNT fraqmentlərini mümkün qədər effektiv şəkildə çıxarmağa imkan verən yeni metod hazırladıq".

Bu inqilabi texnologiya sayəsində alimlər təkcə "ispan qripi" deyil, gələcəkdə başqa tarixi virusları da daha dəqiq öyrənmək imkanı əldə edəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1069   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak

11:20 94
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 131
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

09.10.2026 337
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10:00 131
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

09.10.2026 266
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 224
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 179
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

09.10.2026 195
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

09.10.2026 257
.