Bakıda su niyə fasilələrlə verilir? – RƏSMİ

Bakıda su niyə fasilələrlə verilir? – RƏSMİİri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakının müxtəlif ərazilərində yaranmış su problem ilə bağlı daha bir açıqlama yayıb.

Qurumdan Bizim.Media-ya daxil olan məlumatda bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır.

Rəsmi məlumata görə, mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır:

"Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.

Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas sugətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır. Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür.

Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.

Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib.

Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir.

Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur".

Qeyd edilib ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir:

"O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə səbəbdir. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.

Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır, lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil.

Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir. Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarılıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 03 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

09.10.2026 296
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

09.10.2026 225
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 224
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

09.10.2026 195
.

Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma

Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl

09.10.2026 296
.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

09.10.2026 284
.

Ayaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil

Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların

09.10.2026 514
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 103
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

09.10.2026 337
.