İtkin düşən yeniyetmə qız tapıldı
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib.
Komitə rəsmisi həmçinin ailələrə çağırış edib: "Bu kimi həssas hadisələr zamanı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının yayılması düzgün yanaşma deyil: "Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da istər ailə, istərsə də media tərəfindən əməl edilməlidir. Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil. Bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, yeniyetmənin anası açıqlamasında qızının zibil atmaq adı ilə evdən çıxdığını və daha sonra ona mesajında geri qayıtmayacağını söylədiyini vurğulamışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1275 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa ölkələri Ukraynaya "Patriot" raketləri göndərəcək
Avropa ölkələri qışdan əvvəl Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər almağı və çatdırmağı planlaşdırır. Hesabatda bildirilir ki, Avropa ölkələri hazırda NATO-nun "Ukraynanın Prioritet Tələblər Siyahısı" (PURL) proqramı çərçivəsində planlarını yekunlaşdırır
11:58 144 "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"
Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı
16:41 147 Kirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
19:45 1 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşi
10:52 141 Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?
"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-
12:56 186 ABŞ-dan İrana yeni zərbə: Neft tankerləri hədəfə alındı
ABŞ ordusu İranın neft tankerlərinə zərbələr endirib. xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post"a bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırda İranı
11:49 145 Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ
İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild
19:30 1 "Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə
12:28 171 Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?
"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi
15:26 158