Aysel keçmiş ərini həbs etdirmək istəyir

Aysel keçmiş ərini həbs etdirmək istəyirBloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.

"Qafqazinfo"nun məlumatına görə, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.

Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.

Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.

Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.

Qeyd edək ki, Aysel Şükürova Bakı "Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl "Location" gecə klubunda baş verən partlayışda xəsarət almışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1349   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna rəsmiləri bildirir ki, Rusiya raketləri Kiyevə zərbə endirib, lakin itki yoxdur

Rusiya qüvvələri çərşənbə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raketlərlə hücum edib və şəhərin bir-birindən geniş şəkildə ayrılmış rayonlarında yanğınlara səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, yüksək vəzifəli rəsmilər bildiriblər. Şəhərdə hava həyəcanı təxminən 50 dəqiqədə

11:06 158
.

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Media haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsini

11:34 157
.

Rusiya Odessada xarici ticarət gəmisinə zərbə endirib: 3 nəfər ölüb, 5 yaralı var

Rusiya Ukraynanın Odessa limanında ticarət gəmisinə zərbə endirib. Bu barədə "RBK-Ukranie" Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksey Kulebaya istiandən məlumat yayıb. Kulebanın sözlərinə görə, Toqo bayrağı altında üzən gəmi limanda mineral gübrə boşaltdığ

13.07.2026 241
.

Bənizin 11 il həbsi tələb edildi

Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib

13:56 172
.

Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya

Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki

13.07.2026 298
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13.07.2026 247
.

ABŞ ordusu İrana son hücumların başa çatdığını bildirir

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son hücumlarını tamamladığını bildirir və bu hücumlar təxminən 30 dəqiqə əvvəl bazar ertəsi günü saat 22:15-də (Çərşənbə axşamı saat 02:15 GMT) Vaşinqtonda başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıq Komandanlığının (CENTCOM) X-də verdiy

10:16 153
.

ABŞ və İsrail İranda rejim dəyişikliyi hazırlayır: Plan qururlar

ABŞ və İsrail İranda hakimiyyəti dəyişmək üçün plan hazırlayıb. xəbər verir ki, bu məlumatı Təl Əvivdə yayınlanan "İsrail Hayom" qəzeti yayıb. Məlumatda deyilir ki, ABŞ və İsrail İran hökumətini devirmək üçün variantları araşdırır. "Lakin onlar bunun üçün regionu və dünyanı bu proses

13.07.2026 260
.

Batabatın üzən adası - təbiətin sakit möcüzəsi

"Həyatımı informasiya texnologiyalarına həsr etsəm də, tarix, coğrafiya və təbiətin yaratdığı möcüzələr məni həmişə valeh edib. Bu dəfə isə Şahbuz rayonunda yerləşən Batabat gölünə səfərimdən aldığım təəssüratları sizinlə bölüşmək istədim". Bunu İKT üzrə mütəxəssis Bəhruz Əliyev Naxçıvanı

14:46 122
.

TOP MP3