Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var
Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var.
BiG.AZ-ın məlumatına görə, sakinlərə yaşamadıqları evdən 955 manatlıq su borcuna görə xəbərdarlıq məktubu gəlib.
Abonenti olduğu deyilən şəxsin adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanda 955 manat 16 qəpik borclarının olması ilə məbləğin alınacağı ilə bağlı xəbərdarlıq daxil olub. Məbləğin məhkəmə qaydasında onlardan alınacağı bildirilib, lakin sözügedən ünvanda vətəndaşa məxsus ev yoxdur.
Xəbərdarlıqda bildirilir ki, "01.08.2025-ci il tarixinə Sizin istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə 955,16 manat son ödəniş tarixi keçmiş, ödənilməmiş borcunuz yaranmışdır.
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və "Sudan İstifadə Qaydaları"nın 2.1.9.2 yarımbəndinə əsasən "Su təchizatı müəssisəsinin istehlakçiya verdiyi suyun həsabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir. Əks halda, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir".
Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcunuzun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir".
Ev sahibinin qızı bildirir ki, borcdan və zənglərdən təngə gəliblər: "Bizim adımıza olmayan ,istifadə etmədiyimiz, yaşamadığımız bir evdə anamın adına 955.16 manat su borcu yığılıb. Qəribə tərəfi isə budur ki, həmin ünvanı ADSEA işçiləri də axtarıb, tapa bilmirlər. Zəngli danışıq zamanı mənə deyirlər ki ,eviniz hardadır? deyirəm, axı mənim elə evim yoxdur, ünvanı da bilmirəm. Artıq bu borcun yaratdığı problemlərdən və narahatedici zənglərdən bezmişik".
Məsələ ilə bağlı adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, problem Suraxanı Sukanal İdarəsi tərəfindən nəzarətə götürüldü. Abonentlə idarəyə dəvət olunub məsələ araşdırılacaq.
Ümid edirik ki, abonentə aid olmayan 955 manat borc və onun yaratdığı problemlər tezliklə həllini tapacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1653 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11.09.2026 364 İndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib
11.09.2026 227 Türkiyədə uşaqların məktəb həyəcanı, valideynlərin dolanışıq qayğısı - KÖŞƏ YAZISI
Yeni tədris ili başlayarkən uşaqlar məktəb həyəcanı yaşayır, milyonlarla valideyn isə artan dəftərxana ləvazimatları, geyim, servis və qidalanma xərclərinin hesabını aparır. Yeni bir tədris ili başlayır. Uşaqlar üçün bu, yeni həyəcan, yeni dostlar, yeni müəllimlər və yeni hədəflər deməkdir. Kimisi il
12:01 112 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
11.09.2026 212 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 294 "Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva
"Hikmət Hacıyevin Xankəndiyə səfəri Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı diplomatik korpusun nümayəndələri Xankəndidə yenidən qurulan obyektlərlə tanış olub, Qarabağ Universitetind
11.09.2026 379 "Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11.09.2026 235 Səudiyyə Ərəbistanının neft kəməri hücuma səbəb olan yanğından sonra bağlanıb
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı əsas neft boru kəməri sistemi cümə axşamı mərmilərlə vurulub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi cümə günü veb saytında dərc edilən açıqlamada boru kəmərinə hücum edildiyin
09:41 144 El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi
11.09.2026 237