Tramp vasitəçiliyi ilə keçirilən danışıqlar və Zəngəzur dəhlizi TDT üçün strateji imkanlar yaradır
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları və imzalanmış Birgə Bəyannamə regionda geniş müzakirələrə səbəb olub. Xüsusilə, Zəngəzur dəhlizi üzərində müzakirə olunan "TRIPP" layihəsi diqqət mərkəzindədir.
Rəsmi açıqlamalarda "99 illik icarə" ifadəsi yer almasına baxmayaraq, analitiklər bildirirlər ki, layihə beynəlxalq təcrübədə uzunmüddətli iqtisadi və siyasi sabitlik yaratmaq modelinə uyğun olaraq nəzərdən keçirilir. Bu yanaşma Honq Konq misalı ilə müqayisə edilir – 1898-ci ildə Böyük Britaniya Çindən Honq Konqu 99 illik müddətə icarəyə götürmüşdü.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ-ın regiona marağı sadəcə nəqliyyat və enerji dəhlizləri ilə bağlı deyil. Çin və Rusiya ilə qlobal rəqabət, alternativ ticarət yollarının aktuallaşması və Şərq–Qərb balansı ABŞ-ın Zəngəzur dəhlizinə diqqətini artırır. Bu baxımdan, dəhliz Türk dünyası üçün strateji əhəmiyyət daşımaqla yanaşı, qlobal güclər tərəfindən oynanılan "geopolitik şahmat taxtası"na çevrilib:
"Türk Dövlətləri Təşkilatı (TDT) üçün bu, həm risk, həm də imkan yaradır. Analitiklər qeyd edir ki, ABŞ ilə müstəqil tərəfdaşlıq modeli tətbiq olunarsa, TDT beynəlxalq legitimlik qazanaraq üzv ölkələr üçün geosiyasi manevr imkanlarını genişləndirə bilər. Təşkilatın son illərdə siyasi, iqtisadi və mədəni inteqrasiya sahəsində atdığı addımlar da bu potensialı artırır.
TDT Baş katibi imzalanmış razılaşmanı "tarixi inkişaf" adlandıraraq, Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunmasında təşkilatın rolunu vurğulayıb. Bu yanaşma həm Azərbaycan, həm də regional sülhün beynəlxalq gündəlikdə qalmasına töhfə vermək məqsədini əks etdirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1061 Tarix: 13 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233