Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izah
Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakı və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə tez-tez rast gəlinir.
Qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu mülkiyyətə əmək, sahibkarlıq və intellektual fəaliyyət nəticəsində əldə edilən gəlirlər, alınan pensiya və müavinətlər, xüsusi təyinatı olmayan digər pul ödəmələri, eləcə də ümumi gəlirlər hesabına əldə olunan daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, paylar, əmanətlər və sair daxildir. Əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, nikah dövründə əldə edilən bütün bu əmlak tərəflərin tələbi ilə bölünə bilər:
"Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək ər və ya arvada məxsus əmlak, eləcə də nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə əldə edilən əmlak həmin şəxsin şəxsi mülkiyyəti sayılır. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim, ayaqqabı və s.) ümumi vəsait hesabına alınsa da, kimdə istifadə olunubsa, ona məxsus olur.
Nikaha qədər və ya nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və s.) tərəflərdən birinə verilən qızıl-zinət əşyaları onların şəxsi əmlakı hesab edilir. Toy zamanı gəlinə və ya bəyə verilən zinət əşyaları, həmçinin cehiz də hədiyyə olduğundan, nikah pozulduqda qadının mülkiyyəti sayılır və qarşı tərəf onların bölüşdürülməsini tələb edə bilməz.
Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ümumi əmlakın bölünməsi üçün 3 illik iddia müddəti mövcuddur. Lakin cehiz əşyaları və nikahdan əvvəl və ya nikah dövründə hədiyyə edilən şəxsi əmlak Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən başqasının qanunsuz sahibliyindən geri tələb oluna bilər və bu halda iddia müddəti tətbiq edilmir.
Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında da təsbit olunub".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1481 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585