Əziz Ələkbərli: "Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir"

Əziz Ələkbərli: "Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir""Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtonda imzaladığı Birgə Bəyannamə dövlətlərarası münasibətləri tənzimləyən bir sənəddir. İcmanın fəaliyyəti isə beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, icmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur".

BiG.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra guya Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini davam etdirməyəcəyi iddiaları ilə bağlı suala cavabında deyib.

"Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.

Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə icma rəhbəri vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 16 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 162
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

09.10.2026 202
.

Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

09.10.2026 262
.

İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib

"Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə, xüsusilə regionun türkdilli dövlətlərinə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin genişlənməsinə, dərinləşməsinə və strateji xarakter almasına mühüm töhfə verir

09.10.2026 165
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

09.10.2026 284
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 170
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

09.10.2026 240
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

09.10.2026 210
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 181
.