Tramp: Bayden 350 milyard dollar xərcləyib və Ukrayna münaqişəsində heç bir nəticə əldə etməyib

Tramp: Bayden 350 milyard dollar xərcləyib və Ukrayna münaqişəsində heç bir nəticə əldə etməyibABŞ Prezidenti Donald Tramp bildirib ki, eks prezident Co Baydenin administrasiyası Ukrayna münaqişəsində 350 milyard dollar xərcləyib və heç bir nəticə əldə etməyib.

"Report" xəbər verir ki, bunu amerikalı lider hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Alyaskaya yollandığı "Air Force One" təyyarəsində deyib.

Bu bəyanat Trampın "Truth Social" səhifəsində dərc olunub.

Onun sözlərinə görə, ötən həftə Ukraynada 7 mindən çox əsgər ölüb, bir şəhər isə 36 nəfərin ölümünə səbəb olan raket zərbəsinə məruz qalıb.

Tramp qeyd edib ki, onun əsas məqsədi qətliamları dayandırmaq və tezliklə atəşkəsə nail olmaqdır. O vurğulayıb ki, Avropa ölkələri və Ukrayna Prezidenti Zelenski prosesdə iştirak etsə də, atəşkəs qərarı Avropadan asılı deyil.

"Mən atəşkəsin tezliklə əldə olunmasını istəyirəm. Bunun bu gün baş verib-verməyəcəyini bilmirəm, amma olmasa, görüşdən razı qalmayacağam", - Tramp əlavə edib.

O həmçinin vurğulayıb ki, ABŞ NATO-ya silah tədarükündən pul qazanır, lakin onun üçün bu, əsas məsələ deyil.

"Biz pul qoymuruq, pul qazanırıq. Amma mən qətli dayandırmaq üçün bu işdəyəm. Mühüm amil Baydenin 350 milyard dollar xərcləməsi və heç nəyə nail olmaması idi", - Ağ Evin rəhbəri deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 17 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lombard girov qoyulan əşyanı qaytarmırsa, nə etmək lazımdır?

"Lombarda girov qoyduğu əşyanı geri ala bilməyən şəxs ilk növbədə həmin ərazi üzrə polis orqanına müraciət edərək şikayət etməlidir". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Ayxan Mollayev bildirib. O, qeyd edib ki, şikayət əsasında aparılan araşdırma zamanı vətəndaşın hüquqlarını

13.07.2026 387
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6.7 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsindən məlumat verilib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:18-də baş verib. Zəlzələnin episentri Kıren yaşayış məntəqəsində

13.07.2026 278
.

Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya

Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki

13.07.2026 286
.

BƏƏ İranın Hörmüz boğazında neft tankerlərinə raket zərbələri endirdiyini, bir dənizçinin öldüyünü bildirib

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinin İranın kruiz raketləri ilə vurulması nəticəsində bir Hindistan ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə strateji su yolund

10:51 104
.

İrəvandan yük maşını ilə Azərbaycana gətirilən - Məşhur Sara Qədimova

"Küsüb getdin", "Nə vaxta qaldı", "Pıçıldaşın ləpələr. Məmməd Arazın "Azərbaycan musiqisinin ağ çiçəyi" adlandırdığı xanəndənin bu mahnıları kimini uşaqlığına, kimini isə cavanlıqdakı günlərinə aparır. Bununla belə, mədəniyyətimizin bu parlaq nümunələrinin müəllifin

13.07.2026 294
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13.07.2026 233
.

Təhlükəsizlik prioritetdir: TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib

Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmi

13.07.2026 383
.

"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq

Azərbaycanda şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir. "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodu fermerlərlə uzunmüddətli əməkdaşlıq modeli quraraq onlara maddi, aqrotexniki və digə

13.07.2026 257
.

Nazir polkovnik-leytenantı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu "N"

13.07.2026 415
.

TOP MP3