Valideynlərə MÜHÜM XƏBƏR:Məktəbli formalarının qiyməti açıqlandı - MƏBLƏĞ

Valideynlərə MÜHÜM XƏBƏR:Məktəbli formalarının qiyməti açıqlandı - MƏBLƏĞDərslərin başlamasına az qalıb. Bu ərəfədə valideynləri ən çox düşündürən məktəb alış-verişi, geyim-keçimdir.

Maraqlıdır, bəs bu il üçün məktəbli geyimlərinin qiymətlərində dəyişiklik varmı?

Mövzu ilə bağlı News24.az Bakı Tikiş Evinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, keçən ilə nisbətən bu il məktəbli geyimlərinin qiymətləri ucuzlaşıb. O 2025-ci il üçün oğlan və qızlar üçün məktəbli geyimlərinin qiymətlərini açıqlayıb:

"Oğlanlar üçün: qısaqol köynək – 8, uzunqol köynək isə 10 manata, şalvarlar 15, jaket isə 20 manata satışa çıxarılıb.

Qızlar üçün də qısaqol köynəklər 8 uzunqol köynəklər 10 manata, şalvarlar 15, jaketlər 20, ətəklər isə 15 manatadır.

Şöbə müdiri onu da bildirib ki, standart ölçü (26–54) üzərində olan 56, 58, 60 ölçülü şalvar, ətək və polo köynəklərin qiymətinə parça sərfiyyatına görə 5 manat əlavə edilib: "Bakı Tikiş Evi rəhbərliyi məktəbli formaları üçün geyimlərin qiymətlərinin 18-33% aralığında aşağı endirib. Bu il üçün biz kifayət qədər hazırlaşmışıq, yəni bütün rənglərdə və ölçülərdə məktəbli formalarımız mövcuddur".

Son zamanlar bazarda satılan ucuz məktəbli geyimlərinə gəlincə, şöbə müdiri onların ucuz, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar olduğunu qeyd edib:

"O mallar çox ucuz satılır. İki manata köynək olar? Onun keyfiyyətinə necə əmin olmaq olar? Bu paltarlar allergiya, dəri xəstəliyi yarada bilər. Bəzi valideynlər belə məqamlara fikir vermir, gedib ucuzdur deyə belə keyfiyyətsiz paltarları alırlar. O paltarlar bircə dəfə yuyan kimi yararsız vəziyyətə düşür".

Bizim satdığımız mallar isə yalnız pambıq materialdan hazırlanır. Nazirlər Kabinetinin qərarına əsasən, bütün məktəbli köynəkləri 100 faiz pambıqdan olmalıdır. Biz onların parçasını Özbəkistandan, şalvar və ətəklərin parçasını isə Belarus və Türkiyədən alırıq. Onların da 60 faizi yun, 40 faizi poliesterdir. Valideynlərə keyfiyyətinə əmin olmadıqları mağazalardan məktəbli geyimi almamaları tövsiyə edirəm. forma almasınlar. Çünki ucuz, keyfiyyətsiz parlaçalrdan tikilən geyimlər uşaqların sağlamlığı üçün təhlükəli ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3110   Tarix: 17 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın Trampa qarşı sui-qəsd cəhdi təsadüfən baş tutmayıb - İDDİA

Donald Trampın İran hücumunun hədəfi olması planlaşdırılıb, lakin planlar uğursuz olub. Məlumatlara görə, İran ABŞ prezidenti Donald Trampı Türkiyəyə son səfəri zamanı öldürməyi planlaşdırıb. bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Mənbələrə görə, xarici kəşfiyya

13.07.2026 248
.

Polşadan Ukraynaya Patriot raketləri ilə bağlı açıqlama

Polşanın hazırda Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər verməyi planlaşdırmadığı bildirilir. xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk Parisdə keçirilən "Könüllülər Koalisiyası"nın iclasından sonra jurnalistlərə açıqlamasınd

11:12 137
.

İrəvandan yük maşını ilə Azərbaycana gətirilən - Məşhur Sara Qədimova

"Küsüb getdin", "Nə vaxta qaldı", "Pıçıldaşın ləpələr. Məmməd Arazın "Azərbaycan musiqisinin ağ çiçəyi" adlandırdığı xanəndənin bu mahnıları kimini uşaqlığına, kimini isə cavanlıqdakı günlərinə aparır. Bununla belə, mədəniyyətimizin bu parlaq nümunələrinin müəllifin

13.07.2026 301
.

ABŞ ordusu İrana son hücumların başa çatdığını bildirir

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son hücumlarını tamamladığını bildirir və bu hücumlar təxminən 30 dəqiqə əvvəl bazar ertəsi günü saat 22:15-də (Çərşənbə axşamı saat 02:15 GMT) Vaşinqtonda başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıq Komandanlığının (CENTCOM) X-də verdiy

10:16 139
.

Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. "Qafqazinfo" APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Media v

11:27 117
.

BƏƏ İranın Hörmüz boğazında neft tankerlərinə raket zərbələri endirdiyini, bir dənizçinin öldüyünü bildirib

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinin İranın kruiz raketləri ilə vurulması nəticəsində bir Hindistan ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə strateji su yolund

10:51 117
.

Pestisidli məhsullar necə aşkarlanır? - Laboratoriya yoxlamaları kifayət edirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Meyvə və tərəvəzlərin bol və keyfiyyətli məhsul verməsi üçün fermerlər zərərvericilərə və xəstəliklərə qarşı pestisidlərdən istifadə edirlər. Lakin bu kimyəvi maddələrin normadan artıq tətbiqi məhsullarda insan sağlamlığı üçün risk yarada biləcək qalıqların qalmasına səbəb ola bilər. Bu isə istehlakçıla

11:23 151
.

İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS Hərbi Dəniz Qüvvələrinin komandirini öldürdü

İsrail ordusu bazar ertəsi günü Qəzza şəhərinə endirilən zərbə nəticəsində HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Usamə Naim Həmdi Şamlaxı öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Şamlax, HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi və dəniz terror hücumlarının inkişa

12:16 95
.

Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır

Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb - sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib. -ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisin

13.07.2026 303
.

TOP MP3