"Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir" - Bəhruz Məhərrəmov
"Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı məhz Azərbaycanın o zamankı səbatsız və xəyanətkar idarəçiliyinin günahı ucbatından Laçının itirilməsi ilə başlanmışdı. Əvvəlcə ondan başlamalıyıq ki, Şuşa və Laçının 28 illik işğalı dönəmi birmənalı şəkildə AXC-Müsavat xəyanətinin nəticəsi və bu antimilli qruplaşma tərəfindən qəsdən törədilən cinayət idi. AXC-Müsavat antimilli qruplaşması Şuşa daxil olmaqla, bütövlükdə Qarabağ və Şərqi Zəngəzura hakimiyyət naminə qurban kimi baxırdılar və o zamankı mövcud iqtidarın devrilməsi naminə təcavüzkar Ermənistanla sinxron fəaliyyətdən çəkinmirdilər. Lakin xalqın iradəsi və liderinə inamı bütün çirkin niyyətləri kölgədə qoydu".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.
O qeyd edib ki, beş il öncə isə bu dilbər guşənin düşmən tapdağından xilas olması bu mənada böyük və uğurlu tarixi yolun məntiqi yekunu sayılmalıdır:
"Obrazlı desək, əgər Şuşanın azad edilməsi Azərbaycanın hərbi Zəfəridirsə, Laçının azad edilməsi də Azərbaycanın tarixi hərbi-siyasi qələbəsidir.
İkinci vacib məqam, cənab Prezidentin də dediyi kimi, biz bir güllə atmadan Laçın rayonunu qaytardıq. Baxın, bu qədər strateji əhəmiyyətinə baxmayaraq əgər düşmən öz nəzarətində olan ən vacib məntəqəni Dəmir yumruğun təhdidi altında səssizcə boşaltmağa məcbur oldusa, bu gün Ermənistan, onun havadarları 5 il əvvəlki reallığı unutmamalı, Azərbaycanın hərbi-siyasi gücünü bu beş il ərzində daha da artırdığını başa düşərək bizim iradəmizlə hesablaşmalıdırlar.
Laçının azadlığı müjdəsini verərkən cənab İlham Əliyev qeyd etmişdi ki, bu rayonun Azərbaycanın gələcək iqtisadi inkişaf prosesində mühüm rolu olacaqdır. İşğala son qoyulmasından cəmi 8 ay sonra, 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Laçın Beynəlxalq Hava Limanının, o cümlədən bir sıra infrastruktur layihələrinin təməli qoyuldu. Bu gün isə artıq 3 aydır ki, Laçın Beynəlxalq Hava Limanı özünün ali qonaqlarını qəbul edir, iki ildən çoxdur ki, Laçında laçınlılar yaşayır, Laçın özünün əzəli və əbədi sakinlərinə qovuşaraq tarixi dirçəliş dövrünə qədəm qoyub.
Bölgədə cənab İlham Əliyevin qətiyyəti və qələbələrimizə söykənən və önəmli uğurlarla müşayiət olunan sülh təşəbbüsləri isə bu status-kvonun davamlılığına əlavə təminat verir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1133 Tarix: 19 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi
"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib
09.10.2026 206 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
09.10.2026 240 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 212 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 210 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 181 Qarşılıqlı hörmətə əsaslanan münasibətlər
"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
09.10.2026 172 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 133 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 172 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
09.10.2026 188