Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab
Vətən müharibəsi iştirakçısı sosial vəziyyəti ilə bağlı çətinlik çəkdiyini deyir. 3-cü qrup əlil olan Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov müavinət və prezident təqaüdü ilə təmin edildiyini bildirir. Lakin səhhəti işləməyinə icazə vermədiyi üçün əlavə qazanc yeri tapa bilmir.
"Qafqazinfo"ya müraciət edən B.İbrahimovun sözlərinə görə, iki azyaşlı övladı var və ailənin yeganə təminatçısıdır: "Hazırda işsizəm, 11 500 AZN kredit borcum qalıb. Banklara və sosial dəstək fondlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, "pul yoxdur" cavabı alıram".
37 yaşlı qazinin sözlərinə görə, 2015-ci ildən Naxçıvanda gizir kimi xidmət edib: "Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin Antiterror əməliyyatlarında iştirak etmişəm. İndi 942 manat əlilliklə bağlı müavinət, 400 manat isə prezident təqaüdü alıram. Lakin bu, heç nəyə bəs etmir. İki uşağım hazırlıqlara getməlidir, yeni tədris ili başlayır və bütün xərcləri çoxalır. Ailədə işləyənimiz yoxdur. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Üstəlik, bu kredit də hər ay ödənməlidir. Daha öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşam və mənə 1000 manatlıq yardım ediblər ki, 3 aylıq kreditimi ödəyim. Bildirmişdilər ki, krediti bağlamağa da köməklik edəcəklər. Artıq 3 ay keçib. Mənim də imkanım yoxdur. Oradan da deyirlər ki, fondda pul yoxdur. Çarəsiz qalmışam".
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bunu bildirdilər: "Vətən müharibəsi iştirakçısı Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlu dövlət tərəfindən müvafiq dəstək tədbiri ilə əhatə olunub.
Belə ki, ona 2025-ci ildə orqanizmin funksiyalarının 35% pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə (30 iyun 2027-ci il tarixinədək) əlillik təyin edilib. Hazırda B.İbrahimova aylıq əsasda ümumilikdə 1342,75 manat (942,75 manat pensiya, 400 manat Prezident təqaüdü) sosial ödəniş həyata keçirilir.
Ona müharibə zamanı aldığı ağır xəsarətə və əlilliyə görə ümumilikdə 4400 manat manat məbləğində sığorta ödənişi edilib. Bundan başqa ona Naxçıvan MR-in "Dəstək" fondu tərəfindən 21 iyul 2025-ci ildə 1000 manat məbləğində maddi yardım edilib".
Qeyd edilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinə daxil olmuş Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlunun 07 iyun 2025-ci il tarixli işlə bağlı müraciətinə aidiyyəti üzrə baxılıb: "Müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Agentliyin Şərur Rayon Sektorunun əməkdaşı tərəfindən B.İbrahimovla əlaqə saxlanılıb, vətəndaş işlə bağlı tələbinin olmadığını bildirərək sektora gəlməkdən imtina edib.
12 iyun 2025-ci il tarixində özünüməşğulluq proqramının "Broyler inkubatoru" zərfi üzrə müvafiq sistem üzərindən qeydiyyata alınıb. Vətəndaşın özünüməşğulluq proqramına cəlb olunmasına qanunamüvafiq baxılacaq".
Qeyd edək ki, qazi Bəhruz İbrahimov "Füzulinin azad olunması", "Cəbrayılın azad olunması", "Qüsursuz xidmətə görə" III dərəcəli və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1423 Tarix: 20 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi
"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib
09.10.2026 206 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
09.10.2026 240 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 212 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 210 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 181 Qarşılıqlı hörmətə əsaslanan münasibətlər
"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
09.10.2026 172 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 133 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 172 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
09.10.2026 188