Deputatlar qərarı dəstəklədi: Yas mərasimləri sadələşdirilir

Deputatlar qərarı dəstəklədi: Yas mərasimləri sadələşdirilirDəbdəbəli yas mərasimləri Azərbaycanda ictimaiyyət arasında müzakirə olunan və narazılıq doğuran məsələlərdən biridir. Artıq bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir.

Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib.

Modern.az deputatların bu məsələ ilə əlaqədar seçiciləri ilə proflaktiki söhbətlər aparıb-aparmadıqlarını öyrənmək üçün sorğu keçirib.

Saytımıza açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, nəinki indiki vəziyyətdə, uzun illərdir, bu barədə, yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qarşısını almaq barədə ictimaiyyət arasında geniş müzakirələr keçirilir:

"Millət vəkilləri də bu barədə mətbuatda, televiziyada çıxış edib, öz fikirlərini bildiriblər. Sözsüz, bizim milli-mənəvi dəyərlərimizə hörmət gətirən, onu ucaldan adətlər, mərasimlər saxlanılmalıdır. Ancaq yad meyillər, süni baxışlar elə bilirəm, aradan qaldırılmalıdır. Çünki bu həm insanların özlərinin maddi vəziyyətlərinə çətinliklər yaradır, həm də digər yandan bir mənəvi zərbədir. Günlərlə yas mərasimləri keçirmək, yüzlərlə insanı qarşılayıb, onları yedizdirib-içizdirmək ailələrə çox baha başa gəlir. Hətta bu mərasimlərdən sonra bir çox insanlar borca girirlər, onu ödəyə bilmirlər, ailələrində narazılıqlar yaranır. Əvvəllər hər hansı ailəyə bədbəxt hadisə üz verəndə, yas mərasimi qurulanda qonşular, qohum-əqrəbalar ora müəyyən qədər yeməklər gətiriblər. Bu da uzaqdan gələn qonaqlar üçün olub. Ancaq indiki zamanda bizim yas məclisləri bir çox hallarda toy məclislərini ötüb keçir. Cürbəcür yeməklər, ərzaq məhsullar, sular, meyvələr stola qoyulur və bəhsləşmə illərdir ki, davam edir. Bunun dünyadan köçən insana heç bir xeyri yoxdur. Ailələrin səhhəti, büdcəsi üçün həddindən artıq ziyanlıdır".

T.Rzayev seçiciləri ilə bu barədə söhbətlər apardığını qeyd edib: "Bir çox kəndlərdə ağsaqqalların yığışıb sadə yas məclislərinin keçirilməsi ilə bağlı qərar alması təqdirəlayiqdir və alqışlanmalıdır. Çünki elə kənd və rayonlar var ki orada 7 gün yas saxlanılır. Hər cümə axşamı insanlar gəlir, 40 verilir. Həmin müddətdə də insanlar çayla, yeməklə təmin olunur, onlara ehsan verilir. Qaldırılan təşəbbüs təqdirəlayiqdir və alqışlanmalıdır. Milli Məclis üsvləri də, əlbəttə, uzun illərdir ki, seçicilər arasında söhbətlər aparıblar. Şəxsən mən özüm təmsil olunduğum rayonda iştirak etdiyim məclislərdə,dəfələrlə, söhbətlər etmişik, adamlara lazımı izahlar verilir, din xadimləri ilə söhbətlər olub, ziyalılarla görüş keçirilib və biz bunun ziyanlı tərəflərini aşılamışıq. Bu gün də belə təşəbbüslə çıxış etmək, sözsüz, insanların özlərinin xeyrinədir".

Deputat Tənzilə Rüstəmxanlı bu qərarın çoxdan verilməli olduğunu bildirib:

"Mən düşünürəm ki, bu qərar çoxdan verilməliydi. Son dönəmlər yas mərasimlərini çox əndazədən çıxarmışdılar. İndi imkanı olan da, olmayan da var. Elin gözünə məcbur olub, qonşudan geri qalmamaq üçün yas mərasimini yüksək səviyyədə keçirmək istəyənlər var. Bunlar da, əlbəttə, hamısı nəticədə insanların imkanları ilə bağlıdır. Amma yas yerlərində, çay,limon, qənd, xurma və elimizin adəti var, adətən də, halva çalırlar yetərlidir. Bundan savayı başqa heç nəyə ehtiyac yoxdur. Bəzən 40 gün yas davam edir. Hər cümə axşamı mütləq yas keçirilən evlərə gedirlər. Bunlar hamısı olduqca ağır xərclərdir. Bunların hamısının öhdəsindən gəlmək, o qədər də asan deyil".

"Əlbəttə, mən bu qərarın hər yerdə olmasını istəyirəm. Təşəbbüsü alqışlayıram və seçicilərimlə görüşdə mütləq bu məsələyə toxunacam",- xanım deputat əlavə edib.

Deputat Elman Nəsirovun sözlərinə görə, yas mərasimlərinin təmtəraqlı keçirilməsi cəmiyyətimizi narahat edən məsələlərdəndir:

"Şəxsən bununla bağlı mənim həmişə mövqeyim olub. Mövqeyim ondan ibarətdir ki, yas mərasimlərinin təmtaraqlı şəkildə keçirilməsi sözün həqiqi mənasında biabırçılıqıdır. Hüzrü olan, böyük itki ilə üzləşən şəxslər bilmirlər öz dərdlərini çəksinlər, faciəni yaşasınlar, yoxsa gələn qonaqların qarşısına çıxsınlar. Yas mərasimləri böyük vəsait tələb edir. Sözün həqiqi mənasında böyük itki ilə üzləşən şəxsələrə əlavə itkilər gətirir. İkiqat əzab və itkidir. Bunu həmişə deyirəm. Seçicilərimlə görüşdə də söyləyirəm. Cəlilabadın çoxsaylı kəndlərində 7 günlük yas mərasimləri keçirilir. Yaxşı ki əksər rayonlarda, Bakıda 3-lə 7 mərasimləri birləşdirilib keçirilir. Amma Cəlilabadın əksər kəndlərində 7 gün yas mərasimi keçirilir. 7 gün gələn qonaqların qarşısına çıxmaq, onlara isti yeməklər vermək, qulluqlarında durmaq ümumiyyətlə absurddur. Hesab edirəm ki, yaxınını itirən şəxslər ikiqat əzab çəkirlər. Ona görə də mən bu yas mərasimlərinin qəti şəkildə əleyhinəyəm. Bir çox kəndlərdə yas mərasimlərinin ləğvini dəstəkləyirəm və bunun praktiki tətbiqlərini görəndə, məmnun oluram ki, nəticələr göz qabağındadır".

Deputat düşünür ki, 3 və 7 mərasimləri birləşdirilməlidir:

"Yəni 7 gün yas mərasimi saxlamaq, 1 həftə təmtəraqlı yas məclisləri deməkdir. Bunun əzizini itirən insanlar üçün hansı ağrılar, növbəti problemlər yaratdığını təsəvvür etmək çətin deyil. Hər iki məsələdə mənim deputat kimi prinsipial mövqeyim var. Seçicilərimlə görüşdə də,bax, bu təbliğatı aparıram. Artıq bu istiqamətdə bir çox kəndlərdə müsbət tendensiya müşahidə olunmaqdadır".

Parlamentari Ceyhun Məmmədov vətəndaşlarla iş apardıqlarını qeyd edib:

"Demək olar ki, həm parlamentdə, həm mətbuatda, həm də seçicilərlə görüşdə bu məsələləri ən çox qaldıran insanlardan biriyəm. Biz hələ əvvəlki dövrdə, keçən çağırışdan bu məsələnin üzərində işləyirik. Vətəndaşlarla iş aparırdıq, indi də bu proses davam edir ki, yas mərasimlərində israfçılıq aradan qaldırılsın. Yəni bu məclislərdə çay, limon, qənd və xurma yetir. Yeməyə, israfçılığa ehtiyac yoxdur".

Deputat vurğulayıb ki, yavaş-yavaş Azərbyacanın bütün bölgələrində yas mərasimlərinin belə keçiriləcəyinin şahidi olacağıq:

"Çünki, həqiqətən də, insanlar yas mərasimindəki israfçılıqdan əziyyət çəkirlər. Getdikcə biz israfçılıq həddinin daha da artdığını görürük. İnsanlar bu vəziyyətdən çox əziyyət çəkirlər, yüklənmiş hiss edir. Biz çalışmalıyıq ki, yas mərasimlərinin sadələşdirilməsi həyata keçirilsin. Hesab edirəm ki, həm həmkarlarımızın, həm də ağsaqqalların iştirakı ilə məsələnin öhdəsindən gələcəyik. Maarifləndirmə hesab edirəm ki, olduqca vacibdir".

Deputat Azər Badamov da seçiciləri ilə görüşlərdə yas mərasimləri ilə bağlı seçiciləri ilə söhbət apardığını qeyd edib:

"Bir neçə rayonda yas mərasimlərində dəbdəbəli ehsan süfrələrin verilməsinin dayandırılmasını alqışlayıbÇünki, bu, yas sahiblərini böyük xərclərdən, çətinliklərdən azad edir və yükünü azaldır. Biz də seçicilərimizlə görüşlərimiz zamanı, o cümlədən iştirak etdiyimiz məclislərdə bu məsələni gündəmə gətiririk və yas mərasimlərdə dəbdəbəli ehsan süfrələrin verilməsinin dayandırılmasının müsbət tərəflərini izah edirik".

Parlamentari hesab edir ki, insanların maarifləndirlməsinə böyük eyhtiyac var:

"Bu işdə təkcə deputatlar yox, cəmiyyətin hər bir üzvü səfərbər olunmalı və insanlara yük olan adət ənənələrin təkmilləşdirilməsi istiqamətində töhfə verməlidirlər".

Deputat Aydın Mirzazadə söyləyib ki, israfçılıq üzündən ölü sahibləri ölüsünü son mənzilə yola salmaqdan çox, yas mərasimini necə yola salmaq barədə düşünürlər:

"Bu məsələ son dövrlərdə müzakirə mövzusudur. Yas mərasimində hesab edirəm ki, anım, son ehtiramın bildirilməsi əsas olmalıdır. Bolluqla süfrə açılması hüzrü olan insanın üzərinə çox böyük yükdür. İnsanlar öz əzizlərini son mənzilə yola salmaqdan daha çox bunu necə yola salmaq barədə düşünürlər. Bu baxımdan ayrı-ayrı bölgələrdə yasda çay və xırda şirniyyat verilməsi qərarlaşdırlıb".

Parlamentari heç kəsin buna etiraz etmədiyini deyib:

"Görünən odur ki, heç kəs buna etiraz etmir. Mən nəinki bunu dəstəkləyirəm, hətta seçicilərimlə görüşdə onların özləri məsələ qaldırırlar ki, bəzi məqamlar var bizdə də buna getməyin vaxtı çatıb.Seçici ilə görüşlərdə bu barədə artıq söhbətlər gedir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 23 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

09.10.2026 91
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 141
.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

09.10.2026 152
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

09.10.2026 1
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

09.10.2026 146
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 1
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

09.10.2026 109
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 1
.

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi

"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib

09.10.2026 1
.