"Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil" - Politoloq

"Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil" - Politoloq1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı 1917-ci ildə Rusiya imperiyasının süqut etməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını diqqətə çatdırıb.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər 2022-ci ildə imzalanmış müqavilənin müəyyən etdiyi şərtlər baxımından strateji müttəfiqlik səviyyəsində qurulub və müqavilə hələ də qüvvədədir. Tərəflərdən heç biri onun müəyyən etdiyi müddəaların icrasından rəsmən imtina etməyiblər.Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil:

"Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktında ölkəmizin 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğala məruz qalması tarixi fakt olaraq bəyan edilib və 18 oktyabr bizlər üçün dövlət müstəqilliyinin bərpa edildiyi gündür. Müasir Azərbaycan bu anlamda 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının siyasi və hüquqi varisidir. Bu baxımdan dövlət başçısının məlum hadisələrə münasibəti dövlətçilik maraqlarından irəli gəlməklə məlum tarixi hadisələrin dövlətimiz və xalqımızın tarixində oynadığı rola münasibətin göstəricisidir.
Azərbaycan və Rusiya arasında münasibətlər 2022-ci ildə imzalanmış müqavilənin müəyyən etdiyi şərtlər baxımından strateji müttəfiqlik səviyyəsində qurulub və müqavilə hələ də qüvvədədir. Tərəflərdən heç biri onun müəyyən etdiyi müddəaların icrasından rəsmən imtina etməyiblər.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra münasibətlərdə yaranmış soyuqluq əlbəttə, əlaqərimizə təsirsiz ötüşməyib. Lakin dövlət başçısı İlham Əliyev qeyd edib ki,rəsmi Bakı təyyarənin Rusiya tərəfindən bilərəkdən vurulması fikrini bölüşmür. Rusiyada azərbaycanlıara,bizdə isə Rusiya vətəndaşlarına münasibətdə hüquq muhafizə orqanlarının gördükləri tədbirlərin qanunvericilik çərçivəsindən kənarda olmasi ilə bağlı qarşılıqlı iddialara gəlincə isə bu faktlar ətrafında prokurorluq orqanları araşdırmaları davam etdirirlər.
Bu günlərdə Azərbaycan və Rusiyanın hökumət səlahiyyətliləri arasında (görüşdə Azərbaycanı və Rusiyanı müvafiq olaraq baş nazirlərin müavinləri Ş.Haqverdiyev və Overçuk təmsil etmişlər)Həştərxanda baş tutmuş görüşdə tərəflər ölkələrimiz arasında ticari münasibətlərin genişləndirilməsi,xarici işlər nazirləri C.Bayramov və S.Lavrov arasında baş tutmuş telefon danışığında isə regionun nəqliyyat loqistika problemlərinin müzakirələri göstərir ki,tərəflər istər ikitərəfli,istərsə də regional səviyyədə münasibətlərin qarşılıqlı faydalı iş prinsipləri üzərində bundan sonra da davamında maraqlıdırlar.Rusiya Azərbaycanın şimal qonşusudur,ölkəmiz üçün nəhəng əmək resurslarına ,habelə kənd təsərrüfatı məhsullarının ixracına görə cəlbedici ölkədir,ticari münasibətlərdə gəlirin ümumi məbləğı göstərir ki,biz Rusiyaya daha çox mal satıb qazanırıq, nəinki Rusiya.Bununla belə Azərbaycan beynəlxalq tranzit əhəmiyyətə malik yolların üzərində yerləşir və bu baxımdan Rusiyanın istər Şimal-Cənub,istərsə də Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla loqistik münasibətlərin genişləndirilməsinə marağı anlaşılandır.
Hazırda bölgə ətrafında geosiyasi məzmun kəsb edən oyunların mahiyyət etibarı ilə yeni bir mərhələyə daxil olduğu şəraitdə rəsmi Bakı bütün maraqlı tərəflərlə münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisi uzərində davam etdirilməsində maraqlıdır. Bu baxımdan Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1354   Tarix: 27 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir

"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind

16:52 168
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

14:34 193
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 146
.

Ayaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil

Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların

21:30 0
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

22:00 1
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 153
.

Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

17:42 150
.