Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?İki gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə Azərbaycanda üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub. Doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib. Bir neçə gün əvvəl də ana Bakı metrosunda doğuş həyata keçirmiş və hadisə geniş reklam olunmuşdu.

Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in yaydığı son məlumat insanlar tərəfindən fərqli reaksiyalar doğurub. 21-ci əsrdə hələ də belə halların baş verməsi birmənalı qarşılanmayıb.

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?Məsələ burasındadır ki, Azərbaycanda dövlət büdcəsindən hər il TƏBİB-ə və Səhiyyə Nazirliyinə Respublika üzrə universal-proqressiv patronaj xidmət göstərilməsi üçün milyonlarla vəsait ayrılır.

TƏBİB-in saytında da qeyd olunur ki, əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımı xidmətinin keyfiyyətinin yüksəldilməsi, hamilə və zahı qadınlar arasında yarana biləcək xəstəliklərin və ağırlaşmaların qarşısının alınması məqsədilə ölkə ərazisində universal-proqressiv patronaj modeli tətbiq edilir. Rəsmi açıqlamalara inansaq:

- TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq Əmrinin icrası məqsədilə təyin edilmiş tibbi ərazi bölmələri üzrə patronaj xidmətinin təşkili və nəzarətini təmin edən 42 nəfər kurator və təlimçilərə beynəlxalq ekspertərin iştirakı ilə təşkil edilmiş Təlimçilərin Təlimi (ToT) kursu keçirilərək, onlara sertifikatlar verilib;

- respublika üzrə 51 nəfər rayon mərkəzi xəstəxanalarının direktorları və 674 nəfər ilkin səhiyyə xidməti üzrə rəhbər şəxslərlə görüşlər keçirilib;

- "Rayon (Şəhər) Mərkəzi Xəstəxanası" publik hüquqi şəxslərin rəhbərlərinin əmri ilə ölkənin hər bir yaşayış məntəqəsi üzrə patronaj üzrə məsul şəxslər təyin edilib;

- tədbirlər planına uyğun öhdəliklərin vaxtında, keyfiyyətlə icra edilməsi və göstərilmiş xidmətin hesabatlılığının aparılması və ümumiyyətlə universal-proqressiv patronaj modelinin aparılma qaydaları mövzularında təlimlər keçirilib;

- Təlimlərdə 3291 patronaj tibb bacısı və sahə mamaları, 1139 nəfər həkim-pediatr, 13 nəfər həkim-mama-ginekoloq iştirak edib. 5236 nəfər tibb işçisi "eudi.az" saytı üzərindən onlayn təlimlərdən keçərək patronaj üzrə sertifikatlar əldə edib;

- Cari il üzrə hamilələrin 84%-i, zahı qadınların isə 92%-i patronaj xidməti ilə əhatə olunub (!!!) və s.

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?Amma hər nə sirdirsə, patronaj xidmətinin "yüksək səviyyəli" təşkili tam əks nəticələr verməyə başlayıb- hamilə xanımların ağırlaşmaların qarşısını almaq əvəzinə, tam əksi təbliğ olunur. Əks halda, TƏBİB sözügedən məlumatları niyə bəh-bəhlə tirajlasın ki?

Azərbaycanda tibb sahəsində çalışan şəxslər də təcili tibbi yardım avtomobilində anaların övlad dünyaya gətirməsinə tənqidlə yanaşıblar.

Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında hamilə qadınların metroda, təcili yardım maşınlarında dünyaya uşaq gətirməsini tənqid edib:

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?"Hamilə qadın ilə maarifləndirmə işi necə aparılıb ki, doğum gününü bilmir? Onun doğumdan ən azı 2 həftə əvvəl artıq nəzarətdə və diqqətdə olması lazımdır. Bundan başqa, son anda təcili yardımda baş verən doğum hadisəsi onu göstərir ki, xanımlar uşağı evdə dünyaya gətirmək fikrində olub. Son anda hər hansı səbəbdən fikirlərini dəyişiblər. Bu da qəbuledilməz haldır".

Professor Adil Qeybulla da hesab edir ki, hamiləlik planlaşdırılan olmalıdır:

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?"Doğum əvvəlcədən planlaşdırlmalıdır, axı ana yoxlanılır. Onun orqanizminin hamiləlik üçün təhlükəsiz olması tam təsdiləndikdən sonra hamiləlik baş verir. Dünyanın hər yerində hamiləliyin konkret yoxlama protokolu var. Bu, uşağa mütəmadi nəzarətdir. Uşağın inkişafı, anadangəlmə qüsurların olması, döl daxilindəki quruma və onun həyatının davam etməsinin təsdiqi beynəlxalq protokolla təqib edilir. Doğuş sançılarına gəlincə, təəssüflər olsun ki, onu həmişə proqnozlaşdırmaq olmur. Təyyarədə, metroda, təcili yardım maşınları və evdə də belə hadisələr baş verə bilər. Hamilə qadınlar son aylarda daha diqqətli olmalıdırlar. Xüsusi ilə doğuşa yaxın aylarda ki, belə hadisələr baş verməsin. Bəzən doğuş evdə başlayır, qadını xəstəxanaya çatdırmaq olmur. Onu daşıyan təcili yardım maşınları və həkim heyəti buna hazır olmalı, doğuşu təhlükəsiz həyata keçirməyi bacarmalıdır".

Mövzu ilə bağlı araşdırmamız davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir

"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind

16:52 168
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

14:34 193
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 146
.

Ayaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil

Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların

21:30 0
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

22:00 1
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 153
.

Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

17:42 150
.