Məşhur kurortda turistlərlə "müharibə" başladı
Turistlərin axınından yorulan Venesiya, qaydaları pozanlarla ciddi mübarizə aparmağa qərar verib. Girişə məhdudiyyətlərdən tutmuş GPS vasitəsilə hərəkətlərinə nəzarətədək. Oxşar sərt, bəzən isə qeyri-adi tədbirlər digər məşhur istiqamətlərdə də tətbiq olunur. Kapri, Roma və Sardiniyada.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövzu ilə bağlı əhali narazılıq edir. Venesiyanın tarixi mərkəzi demək olar ki, turistlərlə dolub-daşır. Yerli sakinlər isə qonaqların şəhərə hörmətsizlik etdiyini düşünərək narazılıqlarını daha açıq şəkildə ifadə etməyə başlayıblar. Cavab olaraq hakimiyyət qayda-qanun yaratmaq üçün kampaniya başlayıb. Bu təşəbbüslərdən biri qayda pozan turistlərin "qara siyahısı"nın hazırlanmasıdır.
"Biz əyləncə parkı deyilik", - deyə Veneto regionunun prezidenti Luka Dzayya bildirib.
Onun sözlərinə görə, hakimiyyət şəhərə hörmətsizlik edən turistlərə, həmçinin qanun pozuntularına qarşı qətiyyətli addımlar atmaq niyyətindədir. Ən çox müzakirə olunan məsələ qayda pozan turistlər üçün şəhərə giriş qadağasının tətbiq edilməsi olub. Belə tədbir adətən aqressiv futbol azarkeşlərinə qarşı tətbiq olunur.
GPS ilə nəzarət və cibgirlik problemi
Dzayya cib oğruluğu məsələsinə də toxunaraq, qayda pozanların GPS çipləri olan elektron bilərziklərlə izlənilməsini təklif edib. Bu cihazlar polisə artıq tanınmış cinayətkarların yenidən fəaliyyət göstərməyə çalışdığı barədə məlumat verə bilər. Nəzarət zonalarına dəmir yolu vağzalı ilə Rialto körpüsü və San-Markonun mərkəzi meydanı arasındakı izdihamlı küçələr də daxildir.
Hadisəni daha da kəskinləşdirən nümunə
Problemin aktuallığını ABŞ-dan olan 50 yaşlı turist Kristin Qrinin başına gələn hadisə göstərir. Onun Venesiyada olduğu vaxt pasportu, pulqabısı və elektron cihazları oğurlanıb. Apple izləyicisinin köməyi ilə qadın cinayətdə şübhəli bilinən yeniyetmə qızlardan ibarət qrupu özü müəyyənləşdirib. Qrin onlardan biri ilə açıq toqquşmaya girərək, polis gələnədək təxminən bir saat onu saçından tutaraq saxlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 909 Tarix: 04 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 303 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 343 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 274 Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur
Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi
14:00 107 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 471 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 188 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 252 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 176 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
15:00 81