Politoloq: "Zəngilan və Sünikə səfərlər sadəcə texniki deyil, sülhün təməlinin qoyulmasıdır"

Politoloq: "Zəngilan və Sünikə səfərlər sadəcə texniki deyil, sülhün təməlinin qoyulmasıdır"Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri sərhədyanı bölgələrə — əsasən Sünik vilayətinə (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfər ediblər.

Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətləri arasında müzakirələr baş tutub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir:
Politoloq: "Zəngilan və Sünikə səfərlər sadəcə texniki deyil, sülhün təməlinin qoyulmasıdır""Baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Bu, postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir. Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından stratejidir. Bu ərazilər gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır".

Politoloq əlavə edib ki, bu səfərlər danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir:
Politoloq: "Zəngilan və Sünikə səfərlər sadəcə texniki deyil, sülhün təməlinin qoyulmasıdır""Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir. Burada diqqətçəkən məqamlardan biri də odur ki, səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıq əsasında həyata keçirilib. Bu isə həm Bakının, həm də İrəvanın prosesə konstruktiv və inam əsaslı yanaşdığını göstərir".

Onun sözlərinə görə, tərəflər artıq reallığı qəbul edir və bu səfərlər həmin reallığın qarşılıqlı tanınması, hüquqi rəsmiləşmənin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların – xüsusilə Avropa İttifaqı və ABŞ-ın artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi də prosesə təsir göstərir:

"Bu kontekstdə sərhədyanı səfərlər vasitəçilərsiz, birbaşa ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 122
.

İdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü

Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs

08.10.2026 308
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 171
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

10:46 134
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 101
.

Moldova Silahlı Qüvvələrin sayını artırır

Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy

08.10.2026 216
.

"Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik"

"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb". "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsind

10:00 125
.

Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli

10:44 133
.

"Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"

"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD

11:05 105
.