Saç tökülməsi nədən yaranır, səbəbləri nələrdir?

Saç tökülməsi nədən yaranır, səbəbləri nələrdir?Saç tökülməsinin səbəbləri
Baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Daramaqdan və yumaqdan asılı olaraq günlük 100-150 ədəd saç telini itiririk. Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan,stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Belə ki, adətən saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.

Hər saç telinin müəyyən yaşama müddəti vardır. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuylarkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə bu vəziyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər.

Genetik faktorlar

Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50% dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər.

Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.

Dəri problemləri

Dəri və digər daxili xəstəliklər də saç tökülməsinə səbəb ola bilər. Dəri səbəbindən rast gəlinən saç tökülmələrinin əsas səbəbi adətən dəridə olan xəstəliklər səbəbindən saç dərisinin zədələnməsidir. Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər də saç tökülməsinin artıran səbəblərdir. Bu tökülmələrin müalicəsi altda yatan səbəblərin müalicəsi ilə mümkündür.

Pis qidalanma

Bildiyimiz kimi saç canlı bir orqandır və onun da qidalanması lazımdır. Tarazlı və düzgün qidalanmamaq, uzun müddətli ac qalmaq, tək növ qidalanma və karbohidratla zəngin qidalanma saçlara təsir edərək onların tökülməsinə səbəb ola bilər. Müalicəsi qidalanmanı düzəldərək mümkündür.

Vitamin və mineral çatışmazlığı

Qidalanma problemi olmamasına baxmayaraq saç üçün vacib olan vitamin və mineralların qanda əksik olması saçı tökən başqa bir səbəbdir. B12,D vitamini, fol turşusu, Biotin, Sink, Dəmir kimi vitamin və minerallar orqanizmdə azdırsa saç düzgün qidalanmır və tökülür. Bu elementlərin azlığı zamanı mütləq ixtisası üzrə həkimə yaxınlaşmaq lazımdır.

Hormonal problemlər

Əgər şəxsdə hormonal problemlər varsa, aybaşı gecikmələri ya da düzənsizliyi, tüklənmənin artması, həddindən çox sızanaq, çəki almada sürətlənmə kimi əlamətlər varsa bunlara saç tökülməsi də qoşulubsa bu zaman hormonal saç tökülməsindən söhbət gedə bilər. Bu zaman da tsiklin müəyyən vaxtlarında hormonal analizlər verilərək dermatoloqa yaxınlaşmaq lazımdır.

Bəzi daxili xəstəliklər və dərman istifadəsi

Bəzi daxili xəstəliklər-qalxanabənzər vəzi xəstəlikləri və ya bu xəstəliklər üçün istifadə olunan dərmanlar, revmatizmal xəstəliklər, istifadə olunan hormanlar, arıqlama həbləri, böyrəküstü vəzi xəstəlikləri, insulinrezistentliyi,diabet, doğum kontrol dərmanları və bəzən də onların istifadəsinin dayandırılması saçların tökülmə səbəbləri arasındadır.

Ani saç tökülməsi başlayıbsa son 3 ay əvvəl keçirilən əməliyat, yüksək hərarətli xəstəliklər, dərman toksikiliyi, qan itirilməsi, kəskin travma kimi vəziyətləri düşünmək lazımdır.

Doğum və kemoterapiya

Bütün bunlardan başqa, saç tökülməsinin iki xüsusi səbəbi var.

Biri doğuşdan 2-3 ay sonra başlayan doğuşdan sonrakı tökülmələrdir. Hamiləlik dövründə tökülməsi lazım olan, ancaq tökülməyən saçların ani tökülməsindən qaynaqlanır. Bir mütəxəssisin nəzarəti altında ediləcək əlavələr bu mövzuda narahatlığın aradan qaldırılmasına kömək edir.
Digəri kemoterapiya alan xəstələrdə saç tökülməsidir. Son illərdə daha müasir dərmanların istifadəsi ilə bu tökülmələr daha az yaygındır, lakin müalicə başa çatdıqda öz -özünə sağalmağa meylli bir vəziyyətdir.
Kosmetik təsirlər

Artan kosmetik vərdişlər mexaniki, kimyəvi və fiziki saç tökülməsinə səbəb olan digər amillərdir. Başqa sözlə, saçları möhkəm bağlamaq, daxili başlıqlar, həddindən artıq istiyə məruz qalan qurutma prosesləri, saçları yüngülləşdirmək üçün istifadə olunan boyalar, işıqlandırıcılar, düzləşdirmə üsulları saçları kənardan zədələyərək saç tökülməsinə səbəb olur. Bu vəziyyətdə yeganə müalicə saçların bu tətbiqlərə məruz qalmamasını təmin etməkdir. Saç üçün lazımi möhkəmləndirmə və qulluq proseslərinin tətbiqi, arzu olunan görünüşün yenidən əldə edilməsini təmin edir.

Stress və depresiya

Həddindən artıq stres hər hansı xəstəlikdə olduğu kimi saç tökülməsinin başqa bir səbəbidir. Depressiya, narahatlıq, psixoz və müalicəsində istifadə edilən dərmanlar saçları təsir edə və tökülməsinə səbəb ola bilər.

Saç, gündəlik həyatda qısa müddətdə bir çox faktordan təsirlənə bilən canlı bir orqandır. Şəxsin həyatında bir şey səhv olarsa, bu məlumatlar işığında, insan əvvəlcə özünü ölçməli və sonra lazım gələrsə bir dermatoloqdan kömək istəməlidir. Çünki bu mövzuda ətrafdan gələn yanlış istiqamətlər və qulaqdandolma məlumatları xəstələrin vaxt itirməsinə səbəb ola bilər. Əsas səbəb varsa, diaqnoz və müalicə gecikdirilə bilər. Bundan əlavə, saç tökülməsinin və saçların uzanmasının qarşısını almaq düşüncəsi ilə şüursuz şəkildə tətbiq olunan maskalar və qarışıqlar saçlara daha çox zərər verərək geri dönməz zərər verə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 171   Tarix: 15 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.