III MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək
III MDB Oyunları çərçivəsində bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.
BiG.AZ-ın "Report"a istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda futbol üzrə 3-cü və 5-ci yerlər uğrunda oyunlar təşkil olunacaq.
Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.
Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.
Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri baş tutacaq.
Şəki Olimpiya İdman Kompleksində azarkeşlər qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsini izləyəcək.
Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.
Eyni məkanda azarkeşlər növbəti voleybol görüşlərinə şahidlik edəcək. A qrupunda Qırğızıstan və Rusiya üz-üzə gələcək. Azərbaycan yığması isə Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.
Gəncədə həmçinin 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində güləşçilərin mübarizəsi baş tutacaq.
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilər yarışacaq.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışı gerçəkləşəcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 797 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 639 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 769 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 798 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BİG.AZ report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-d
04.11.2026 324 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 955 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 601 Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"
Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça
31.10.2026 442 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 645 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 925